KANAL24.AZ
Az Iw En Ru

Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir

9 avqust 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev  Qazaxıstanın paytaxtı Astanada keçirilən  Mərkəzi Asiya və Azərbaycan
Respublikasının Dövlət Başçılarının görüşündə iştirak etmişdir. Həmin tədbirdə çıxış edən
Ölkəmizin Başçısı bildirdi ki, Azərbaycanın bu  görüşə dəvət olunması ölkələrimiz arasında
mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər
verir. Həm də Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına dəstək qardaşlıq
münasibətlərimizin təzahürlərindən biridir. Ermənistan tərəfindən təxminən 30 illik işğal
dövründə bu ərazilərdə 9 şəhər və yüzlərlə yaşayış məntəqəsi məhv edilib. İşğaldan azad
olunmuş ərazilərdə hazırda genişmiqyaslı bərpa işləri aparılır və keçmiş məcburi köçkünlərin
öz dogma yurdlarına qayıdışı davam edir.
Sonra cənab Prezident İlham Əliyev ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi
olan Mirzə Uluqbəy adına orta məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı
adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olduğunu, bu il də Ağdam rayonunda Qırğızıstanın
hədiyyəsi olan orta məktəb binasının təməlqoyma mərasiminin keçirildiyini qeyd etdi, həm də
bu qardaşlıq dəstəyinə görə Özbəkistan, Qazaxıstan və Qırğızıstan prezidentlərinə
təşəkkürünü  bildirdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında ölkələrimiz
arasındakı qarşılıqlı fəaliyyət barədə demişdir: “Qarşılıqlı fəaliyyətimizin mühüm
istiqamətlərindən biri də nəqliyyat-təchizat sahəsində əməkdaşlıqdır. Bakı-Tbilisi-Qars dəmir
yolunun yükdaşıma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt
Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək
artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycan ticarət donanması üçün
yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin
həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır. Qazaxıstan,
Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə  investisiya layihələri həyata keçirilir. Artıq
Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya
fondları yaradılıb. Həyata keçirilən “Rəqəmsal İpək Yolu” layihəsi rəqəmsal infrastrukturun
inkişafına və rəqəmsal təhlükəsizliyə töhfə verəcəkdir.”
Zaman Balakişiyev,
Sabirabad rayonu Dadaşbəyli kəndi, gənc fermer


09:15 12.08.2024