KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrdəki yeni istiqamətlər uğurlu perspektivlər vəd edir

Avqustun 9- da Prezident İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya
dövlət başçılarının görüşündə iştirakı bir daha göstərir ki, ölkəmizə və onun rəhbərinə bu
regionda da xüsusi önəm verirlər. Xüsüsilə son on illikdə Mərkəzi Asiya ölkələrinin Bakı-Tbilisi-
Qars (BTC) dəmir yolundan isitfadəsi geniş miqyas alıb. Belə ki, bu dövrdə BTC-nin yükaşırma
qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının
illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində
görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş
edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta
Dəhlizin praktiki cəhətdən önəmini daha da artırmışdır. Bu barədə Prezident İlham Əliyev
sözügedən görüşdə bildirmişdir ki, Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə
investisiya layihələri həyata keçirilir: « Artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan
və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb. Həyata keçirilən “Rəqəmsal
İpək Yolu” layihəsi rəqəmsal infrastrukturun inkişafına və rəqəmsal təhlükəsizliyə töhfə
verəcəkdir»,
Dövlət başçılarının görüşündə qardaşlıq münasibətlərinin daim inkişaf etməsindən
danışan  Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistan tərəfindən təxminən 30 illik işğal
dövründə bu ərazilərdə 9 şəhər və yüzlərlə yaşayış məntəqəsi məhv edilib. İşğaldan azad
olunmuş ərazilərdə hazırda genişmiqyaslı bərpa işləri aparılır və keçmiş məcburi köçkünlərin
öz doğma yurdlarına qayıdışı davam edir. Burada sevindrici məqam odur ki, Ermənistanın
işğalından azad edilmiş Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərimizin
təzahürlərindən biridir.
Dövlət başçılarının grüşünə ev sahibiyi edən Qazaxstan Prezideni cənab Tokayev
noyabr ayında Bakıda keçiriləcək  COP29-un qlobal əhəmiyyətindən danışaraq bu işdə
azərbaycanlı həmkarına təşəkkürünü  bildirmişdir. O demişdir ki, Azərbaycanın belə böyük
tədbirlərə ev sahibliyi etmək təcrübəsi zəngindir və bu tədbirin uğurla kecəcəyinə tamamilə
əmindir.
Prezident İlham Əliyev verilən dəyərdən məmnunluğunu ifadə edərək demişdir:
«Azərbaycan COP29-a sədrliyi çərçivəsində regionumuzda iqlim dəyişmələri ilə bağlı
problemlərin həlli üçün Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüsləri dəstəkləməyə hazırdır.
Mən artıq Mərkəzi Asiya ölkələrinin prezidentlərinə rəsmi dəvət məktubları göndərmişəm və
noyabrda Bakıda yenidən görüşməyimizə şad olaram,».
Yaqub Tağıyev,
Sabirabad rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru


08:14 12.08.2024