KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əlaqələr genişlənir

Bu gün Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan yeri və rolu göz
qabağındadır. Regionapl inkişafın aparıcı qüvvəsinə çevrilən Azərbaycan dünya siyasətində
fəal mövqeyi ilə diqqətdədir. Ölkəmizin istər iki tərəfli, istərsə də çoxtərəfli çərçivədə
əlaqələrinin qurulması və yeni prioritetlər üzrə inkişaf etdirilməsi diqqətdən kənarda qalmır.
Tarixi Zəfərimizdən sonra intensivləşən səfərlər, bunların əsasında əlaqələr Azərbaycanın fəxri
qonaq qismində qatıldığı tədbirlərin miqyasında da özünün aydın ifadəsini tapır. Bunun üçün
Azərbaycanın ev sahibliyi etdiyi, fəxri qonaq qismində qatıldığı tədbirlərin say tərkibinə diqqət
yetirmək kifayətdir. Son bir neçə ildə dövlət başçısı İlham Əliyevin Mərkəzi Asiya ölkələrində
keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitlərində, Asiyada Qarşılıqlı
Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-cı Zirvə toplantısında, Mərkəzi Asiya Dövlət
Başçılarının Məşvərət görüşlərində və digər tədbirlərdə iştirakı, eyni zamanda, BMT-nin
Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın Zirvə
görüşünün Azərbaycanda keçirilməsi ölkəmizə marağın əyani təcəssümüdür.
Tarixi Zəfərimiz bu birliyin möhkəmləndirilməsində stimulverici amil oldu. Hər zaman
qeyd etdiyimiz kimi, dünya 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə
Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının fonunda bütün türk dünyasının birliyinin
şahidinə çevrildi. Bu gün Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin, beynəlxalq
təşkilatların sayı durmadan artır. Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycanın gələcək üçün
xarici siyasətində prioriteti məlumdur – türk dünyası ilə münasibətlərin daha da inkişafı, bütün
digər ölkələrlə bərabər və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması. Türk dünyası
dedikdə, ilk növbədə, Mərkəzi Asiya ölkələri yada düşür. Çünki Şərqdən Qərbə uzanan türk
dünyası dövlətlərinin əksəriyyəti məhz bu regionda yerləşir. Şanlı Qələbəmizdən sonra
genişmiqyaslı bərpa-qurculuq işlərinə başlayan Azərbaycan bu prosesdə dost ölkələrin də
iştirakına böyük önəm veridyini bildirdi. Təbii ki, bu, Azərbaycanın münasibətdə səmimiyyətə,
dostluğa, qardaşlığa, qarşılıqlı etimada sökəndiyini bir daha təsdiqlədi.
Münasibətlərin inkişafında qarşılıqlı səfərlər, imzalanan sənədlər xüsusi əhəmiyyət kəsb
edir. Avqustun 8-də dövlət başçısı İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart
Tokayevin dəvəti ilə Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının
görüşündə iştirak etmək üçün Qazaxıstana səfərə etdi. Prezident İlham Əliyev həmin
görüşdəki çıxışında bu məqamlara xüsusi diqqət yönəltdi. Mərkəzi Asiya Dövlət Başçılarının
görüşündə fəxri qonaq qismində iştirak üçün dəvətə görə Qazaxıstan Prezidentinə
təşəkkürünü bildirən dövlətimizin başçısı qeyd etdi ki, ötən il Tacikistan Prezidenti Emoməli
Rəhmonun dəvəti ilə Düşənbədə keçirilən Sammitdə iştirak edib. Azərbaycanın bu görüşlərə
dəvət olunması ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf
etməkdə olan əməkdaşlıqdan xəbər verir. Bu, son iki ildə cənab İlham Əliyevin Mərkəzi Asiya
ölkələrinə 16-cı səfəridir. Həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan
prezdientləri ölkəmizə ümumilikdə 15 dəfə səfər ediblər. Azərbaycan və Mərkəzi Asiya ölkələri
artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Xalqlarımızı
çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir.
Cənab İlham Əliyevin elə bir səfəri, çıxışı yoxdur ki, diqqəti artıq tarixə qovuşan
Qarabağ münaqişəsinə, 30 illik işğal dövründə ermənilərin torpaqlarımızda törətdikləri
vəhşiliklərə yönəltməsin. Dövlətimizin başçısı sözügedən çıxışında da bildirdi ki, Ermənistan
tərəfindən təxminən 30 illik işğal dövründə bu ərazilərdə 9 şəhər və yüzlərlə yaşayış məntəqəsi
məhv edilib. İşğaldan azad olunmuş ərazilərdə hazırda genişmiqyaslı bərpa işləri aparılır və
keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı davam edir. Ermənistanın işğalından
azad edilmiş Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərimizin təzahürlərindən biridir.
Ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına orta məktəbin, bu il
isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı oldu.
Yeni təhsil kompleksi üçün Kurmanqazı adının seçilməsi də təsadüfi deyil. Görkəmli
musiqiçinin əfsanəvi əsərləri bütün türk dünyasının mirasına çevrilib. Mərkəzin yaradılması
Azərbaycan və Qazaxıstan arasında ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə,
gənclərin keyfiyyətli təhsilinə, regionda yaradıcılığın, idmanın və elmin inkişafına töhfə vermək
məqsədi daşıyır. Həmçinin bu il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb

binasının təməlqoyma mərasimi keçirildi. Cənab İlham Əliyev qardaşlıq dəstəyinə görə
Özbəkistan, Qazaxıstan və Qırğızıstan prezidentlərinə təşəkkürünü bildirdi.
Hazırkı dövrün əsas çağırışı bərpaolunan enerji mənbələrinə investisiyaların yatırlıması
və bu sahədə əməkdaşlıq əlaqələrinin genişləndirilməsidir. Azərbaycanın mövcud potensialı bu
əməkdaşlığın dərinləşməsinə geniş imkanlar açır. Onu da qeyd edək ki, Azərbaycan
bərpaolunan enerji sahəsində də Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır. Bu ilin
may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin
birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlığımızda ilk
addımdır.
Mərkəzi Asiya ölkələri arasında qarşılıqlı fəaliyyətin mühüm istiqamətlərindən biri də
nəqliyyat-tranzit sahəsində əməkdaşlıqdır. Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma
qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının
illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində
görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş
edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta
Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır. Dövlət başçısı İlham Əliyev bildirdi ki,
Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələri həyata keçirilir.
Artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə
investisiya fondları yaradılıb. Həyata keçirilən “Rəqəmsal İpək Yolu” layihəsi rəqəmsal
infrastrukturun inkişafına və rəqəmsal təhlükəsizliyə töhfə verəcək.
Günümüzün əsas müzakirə mövzularından biri Azərbaycanın bu ilin noyabr ayında
mötəbər tədbirə-COP29-a ev sahibliyidir. Dövlət başçısı İlham Əliyev bütün çıxışlarında bu
mühüm hadisəyə diqqət yönəldərək Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyini
şərtləndirən amilləri açıqlayır. Reallıq budur ki, Azərbaycan iqlim dəyişmələrinin yaratdıcı
probemlərə qarşı mübarizəyə töhfələri ilə diqqədədir. Hər zaman beynəlxalq həmrəyliyin
gücləndirilməsinə səy göstərir. Cari ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili» elan
edilməsi də bunun bariz nümunəsidir. COP29 gələcək əməkdaşlıq üçün geniş imkanlar
yaradacaq. Bu tədbir ölkəmizin malik olduğu imkanların təqdimatında öz sözünü deyəcək. Hər
zaman vurğulandığı kimi, keçirilən tədbirlər mahiyyəti ilə yanaşı, məkan baxımından da xüsusi
diqqətdə olur. Azərbaycan istər ev sahibliyi etdiyi, istərsə də fəxri qonaq qismində qatıldığı
tədbirlər baxımından daha çox diqqət yönəldilən ölkədir. Təbii ki, buna əsas verən inrkişafın
Azərbaycanın modelinin mövcudluğudur. Azərbaycan beynəlxalq ictimaiyyətin yekdil dəstəyini
qazanaraq COP29 iqlim konfransına ev sahibliyi etməsi də özündə bütün məqamları ehtiva
edir. Azərbaycan COP29-a sədrliyi çərçivəsində regionumuzda iqlim dəyişmələri ilə bağlı
problemlərin həlli üçün Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüsləri dəstəkləməyə hazırdır.
Azərbaycanın xarici siyasət uğurları belə bir ümumiləşdirməyə əsas verir ki, dövlətimizin
başçısının şəxsi nüfuzu, yürütdüyü uzaqgörən və müdrik siyasət, qazanılan uğurlar sayəsində
bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış
edən, öz sözünü deyən ölkəyə çevrilib. Bu gün Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr
verən Azərbaycan Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün mühüm
tranzit ölkə və etibarlı tərəfdaşdır. Azərbaycanın xarici siyasətinin prinsiplərinin dəyişməzliyi
onun yeni əməkdaşlıq körpüləri qurmasında stimulverici amildir. Azərbaycan daim əməkdaşlıq
məkanı, sabitləşdirici, birləşdirici aktor kimi tanınır, nüfuz qazanır. Ədalətə və beynəlxalq
hüquqa söykənən, qarşılıqlı etimada əsaslanan siyasətin uğurları davamlıdır.
Nərmin Zeynalova,
3 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri


17:13 11.08.2024