KANAL24.AZ
Az Iw En Ru

Xalqlarımızı çoxəsrlik ortaq dəyərlər birləşdirir

9 avqust 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev  Qazaxıstanın paytaxtı Astanada keçirilən  Mərkəzi Asiya və Azərbaycan
Respublikasının Dövlət Başçılarının görüşündə iştirak etmişdir. Həmin tədbirdə çıxış edən
Ölkəmizin Başçısı bildirdi ki, Azərbaycanın bu  görüşə dəvət olunması ölkələrimiz arasında
mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər
verir. Həm də Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına dəstək qardaşlıq
münasibətlərimizin təzahürlərindən biridir. Ermənistan tərəfindən təxminən 30 illik işğal
dövründə bu ərazilərdə 9 şəhər və yüzlərlə yaşayış məntəqəsi məhv edilib. İşğaldan azad
olunmuş ərazilərdə hazırda genişmiqyaslı bərpa işləri aparılır və keçmiş məcburi köçkünlərin
öz dogma yurdlarına qayıdışı davam edir.
Sonra Prezident İlham Əliyev ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə
Uluqbəy adına orta məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq
Yaradıcılıq Mərkəzinin açılışı olduğunu, bu il də Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi
olan orta məktəb binasının təməlqoyma mərasiminin keçirildiyini qeyd etdi, həm də bu
qardaşlıq dəstəyinə görə Özbəkistan, Qazaxıstan və Qırğızıstan prezidentlərinə təşəkkürünü
 bildirdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında ölkələrimiz
arasındakı qarşılıqlı fəaliyyət barədə demişdir: “Qarşılıqlı fəaliyyətimizin mühüm
istiqamətlərindən biri də nəqliyyat-təchizat sahəsində əməkdaşlıqdır. Bakı-Tbilisi-Qars dəmir
yolunun yükdaşıma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt
Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək
artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycan ticarət donanması üçün
yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin
həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır. Qazaxıstan,
Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə  investisiya layihələri həyata keçirilir. Artıq
Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya
fondları yaradılıb. Həyata keçirilən “Rəqəmsal İpək Yolu” layihəsi rəqəmsal infrastrukturun
inkişafına və rəqəmsal təhlükəsizliyə töhfə verəcəkdir.”
Nail Xanməmmədov,
Sabirabad rayonu Ulacalı kənd tam orta məktəbinin direktoru


16:11 11.08.2024