KANAL24.AZ
Az Iw En Ru

Pediatrlıqdan deputatlığa: YAP Müşfiq Məmmədlini niyə əzizləyib…

YAP-ın 55 saylı Siyəzən – Quba – Xızı seçki dairəsindən deputatlığa namizədi Məmmədli Müşfiqdir. O, bundan əvvəl 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputat idi. Tribunainfo.az yazır ki, deputat Müşfiq Məmmədlinin indiyə qədər parlamentdə səsini eşidən olmayıb. Onun mətbuatda və telekanallarda çıxışlarını da xatırlayan yoxdur, nadir hallarda müsahibələri olur. Seçicilər də sosial şəbəkələrdə yazırlar ki, Müşfiq Məmmədli aktiv deputat olmayıb, onların problemlərini Milli Məclisdə qaldırmayıb. O zaman hansı kriteriyalarına əsasən ona təkrar şans tanınıb? Nədənsə hakim partiya yenə onu əzizləyib və deputat görür. Amma Müşfiq Məmmədlinin hansı cəhəti və ya fəaliyyəti YAP tərəfindən bəyənilir bəlli deyil. Onun bioqrafiyası da geniş deyil. Məlum olur ki, 1989-cu ildən 1990-cı ilə qədər 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) sanitar işləyib. 1990–1996-cı illər ərzində Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb. 1996–1997-ci illərdə Sumqayıt şəhər Uşaq Xəstəxanasında internatura keçib, 1997–1999-cu illərdə isə qəbul şöbəsinin həkimi vəzifəsində çalışıb. 2000-ci ildə 3 il müddətində Türkiyənin İstanbul şəhərində təhsil alıb. 2004–2006-cı illər ərzində Tərtər bölgəsində N saylı hərbi hissənin tibb məntəqəsinin həkimi, sonra isə rəisi olub. 2006-cı ildən 2014-cü ilə qədər Təcili Tibbi yardım stansiyasının, daha sonra isə Sumqayıt Uşaq xəstəxanasının həkimi işləyib. 2015–2016-cı illərdə Uşaq xəstəxanasının pediatriya şöbəsinin müdiri, 2016-cı ildən isə xəstəxananın baş həkimidir. 2013–2015-ci illər ərzində Rusiyanın Sankt-Peterburq İqtisad Universitetinin Ali İqtisad Məktəbində MBA proqramı çərçivəsində “Səhiyyə təşkilatlarının menecmenti” ixtisasına da yiyələnib. 2016-cı ildən isə Rusiya Pediatrlar İttifaqının üzvüdür. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.


10:14 06.08.2024