KANAL24.AZ
Az Iw En Ru

Yeni əlifbanın tətbiqi müstəqil ölkəmizin ictimai-siyasi həyatında baş vermiş mühüm hadisələrdən biridir

Məşhur pedaqoq, mütəfəkkir Uşinskinin belə bir deyimi var: “Bir milləti məhv etmək
istəyirsənsə, ilk öncə onun dilini əlindən al”. Bəli, Dil xalqın varlığını əks etdirən əsas
sərvətidir. Onun keçmişi, bu günü və gələcəyidir. Dil bizim tariximiz, mənəviyyatımız,
mədəniyyətimizdir. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən
mühüm və ən güclü vasitədir. Qısası, dil ünsiyyət vasitəsidir, bununla bahəm, dil milləti
səciyyələndirən amillərdən  birincisidir. O, hər hansı bir xalqın varlığının təzahürü, onun milli
sərvəti, qan yaddaşıdır. Dil yaşayırsa, xalq da, dövlət də daima  yaşayıb, yaradacaqdır.
Azərbaycanda bayraq, himn, gerb əsas rəmzlərdən olduğu, hər zaman qorunduğu kimi
Azərbaycan dili də o rəmzlərin sırasına daxildir.
Keçmişdən ölkəmizdə müxtəlif dillərin, əlifbanın təsiri hökm sürürdü. Müxtəlif
yaradıcılıq, fəaliyyət sahələrində ərəb, kiril qrafikalarından istifadə olunurdu. Lakin xalqımızın 
maarifçiləri, məşhur mütəfəkkirləri hər zaman ana dilimizin bərpası, millətimizin öz ana dilində
maariflənməsi, inkişaf etməsi, yaratması uğrunda daima mübarizə aparmış, repressiyalara,
təzyiqlərə  məruz qalsalar da, bu yoldan dönməmişlər və zamanla ana dilimizin hər bir sahədə
tətbiqi baş tutdu. Azərbaycan dilində latın qrafikalı əlifbaya keçid üçün maarifçilrimizdən Mirzə
Fətəli Axundzadənin yüksək xidmtləri olmuşdur, belə ki, o bu istiqamətdə layihə hazırlamışdı.
Amma bu layihənin həyata keçirilməsi yalnız 20-ci əsrdə baş tutdu.Azərbaycan rəsmi olaraq
1923-cü il oktyabrın 20-də latın qrafikalı əlifbaya keçdi. Lakin Stalin kiril əlifbasını Sovet
İttifaqının bütün müsəlman ölkələrində tətbiq etdi. 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni
təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi.
SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndi.
Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi.
Bütün maneə, təzyiqlərə baxmayaraq, məhz elə 70-ci illərdə Azərbaycan
Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox
cəsarətlə, qətiyyətlə bildirmişdir.
1990-cı ildən Azərbaycanda yenidən latın qrafikalı əlifbaya keçidlə bağlı təşəbbüslər
irəli sürülməyə başlanılmışdır. Yeni müstəqil əlifbaya keçməkdə xidmətləri olan ilk alim Afad
Qurbanovdur. Beləliklə, Azərbaycan Əlifba Komissiyasının tərtib etdiyi yeni əlifba 1992-ci ildə
təsdiq edilmiş və tətbiq edilməyə başlanılmışdır.
Qeyd etdiyimiz kimi bu yol çox zəhmətli, əzmli bir yoldur. Ona görə də, xalq olaraq hər
birimiz ana dilimizin daim yaşaması, var olması üçün onu qorumalıyıq.
Rahib Fərzəliyev,
Sabirabad rayon, Quruzma kənd sakini, fəal gənc


08:41 31.07.2024