KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanın  inkişaf  strategiyası  qabaqcıl təcrübə kimi nümunə  göstərilir

Əlverişli coğrafi mövqeyi, regional və beynəlxalq nəqliyyat yollarının üstündə
yerləşməsi, təbii resursları, iqtisadi və hərbi gücü ilə Cənubi Qafqazın lider dövləti hesab
olunan Azərbaycan bu gün həm də dünyada etibarlı tərəfdaş, təşəbbüskar dövlət kimi qəbul
olunur. Bunun da yeganə səbəbi son 21 ildə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə
çevirən İlham Əliyevin həyata keçirdiyi tam müstəqil siyasətdir.
Bu gün dünyanın siyasi xəritəsində elə bir Azərbaycan var ki, onun dəstəyi olmadan,
rəyi nəzərə alınmadan hər hansı regional prosesləri müzakirə və həll etmək mümkün deyil.
İstənilən mövzulu qlobal danışıqların aparıldığı platformalarda ölkəmiz mütləq təmsil olunur və
əsas söz sahibi kimi çıxış edir. Buna görə də Azərbaycanı regionun təhlükəsizlik zəmanəti
adlandırırlar. Aparıcı dövlətlər ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda
əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu bəyan edirlər. Bütün bunlar bir daha
təsdiq edir ki, İlham Əliyevin tam müstəqil siyasəti Azərbaycanı müasir dünyanın yeni
çağırışlarına cavab verən ölkəyə çevirib.
İyul ayının 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya
və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə “Avropa Siyasi
Birliyi” 4-cü Zirvə Toplantısında iştirak etmək üçün Böyük Britaniyaya işgüzar səfərə gəlib.
Prezident İlham Əliyev səfər çərçivəsində bir sıra Avropa dövlələrinin başçıları ilə görüşlər
keçirib, Oksforddakı Blenheim sarayında keçirilən “Avropa Siyasi Birliyi” 4-cü Zirvə
toplantısının açılış plenar sessiyasında, “Enerji və bağlantı” mövzusunda dəyirmi masada və
toplantısının bağlanış plenar sessiyasında iştirak edib.
“Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində keçirilən “Enerji və bağlantı”
mövzusunda dəyirmi masada çıxışı zamanı Prezident İlham Əliyev bir sıra mühüm
məqamlara toxunub, Azərbaycanın Avropanın enerji təchizatı ilə bağlı həyata keçirəcəyi
işlərdən danışıb.
Qeyd edilib ki, ölkəmiz öz neftini Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə
asılı olan çox həssas nöqtələrə nəql edir. Azərbaycan Avropada  etibarlı enerji təchizatçısı
kimi tanınır. Tarixdə ilk dəfə olaraq ölkəmiz Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər
təşəbbüsü ilə çıxış edib və qonşularla birlikdə onu istismara verib.
“İndi biz Aralıq dənizində Türkiyənin Ceyhan limanından neftimizi müxtəlif təyinat
nöqtələrinə, o cümlədən Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox
həssas nöqtələrə nəql edirik”, - deyə dövlətimizin başçısı əlavə edib.
Bildirilib ki, enerji sahəsində Bakıda müəyyənləşdirilən strateji tərəfdaşlıq Azərbaycanın
Avropaya qaz təchizatının 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. 2021-ci
ildə ölkəmiz Avropa qitəsinə   ildə 8 milyard kubmetr təbii qaz ixrax edirdisə, bu il bu göstərici
13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil
edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir.
Ölkə başçısı bildirib ki, Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi
üçün əlavə imkanlar olacaqdır. Hazırda 8 Avropa ölkəsi Azərbaycanın təbii qazını alır,
onlardan beşi - Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının
üzvüdür. Gürcüstan və Serbiya isə İttifaqa daxil olmaq üçün namizəd ölkədir. Nəhayət qardaş
Türkiyəyə də Azərbaycan qazı ixrac edilir.
Çıxışı zamanı ölkə başçısı Sloveniya-Azərbaycan qaz əməkdaşlığı istiqamətində
mühüm hadisənin baş verdiyini vurğulayıb.  “Ümid edirik ki, biz bir neçə aya Sloveniya
bazarına daxil ola biləcəyik. İndi Avropa interkonnektor layihələri icra olunduqca Azərbaycan
qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq”.
Yusif Sətiyev,
Sabirabad RİH başçısının Muğan Gəncəli kənd İƏD üzrə nümayəndəsi


10:38 23.07.2024