KANAL24.AZ
Az Iw En Ru

Prezident İlham Əliyevdən “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında mühüm açıqlamalar

Prezident İlham Əliyevin  Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş
naziri Kir Starmerin dəvəti ilə “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirakı, “Enerji və
bağlantı” mövzusunda dəyirmi masada çıxışı xüsusi diqqətdə oldu. Dövlət başçısının Zirvə
toplantısı çərçivəsində Oksfordda qarşı tərəflərin müraciətlərinə əsasən Lüksemburq Böyük
Hersoqluğunun Baş naziri Lyuk Friden, İsveçrə Konfederasiyasının Prezidenti Viola Amherd,
 Macarıstanın Baş naziri ViktorOrban, Litva  Prezidenti GitanasNauseda, Finlandiya
Respublikasının Prezidenti Aleksandr Stubb və  Çex Respublikasının Baş naziri PetrFiala ilə
görüşləri oldu. Prezident İlham Əliyev “Enerji və bağlantı” mövzusunda dəyirmi masadakı
çıxışında Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinişərtləndirən
amilləri diqqətə çatdırdı.
Dövlət başçısı bildirib ki: “Enerji sahəsində Bakıda müəyyənləşdirdiyimiz strateji
tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını
nəzərdə tutur. Biz bu hədəfə doğru irəliləyirik”.
“2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil
edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18
milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan
çoxu Avropaya gedir”, – deyə dövlət başçısı bildirib.
Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycanın təbii qazını səkkiz ölkə alır,
onlardan beşi – Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının
üzvüdür. İkisi İttifaqa daxil olmaq üçün namizəd ölkədir – Gürcüstan və Serbiya, eləcə də
Türkiyə.
“Dünən Sloveniya-Azərbaycan qaz əməkdaşlığı istiqamətində mühüm hadisə baş
verdi. Ümid edirik ki, biz bir neçə aya Sloveniya bazarına daxil ola biləcəyik. İndi Avropa
interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac
edilməsi üçün əlavə imkanlar olacaq”, – deyə Prezident İlham Əliyev vurğulayıb.
Natiq Qəfərov,
Sabirabad rayonu Kürkəndi bələdiyyəsinin sədri


15:36 22.07.2024