KANAL24.AZ
Az Iw En Ru

Fədakar Azərbaycan jurnalisti

Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata
keçirilən islahatlar Azərbaycan Respublikasının demokratik inkişaf prinsiplərinə sadiqliyini
bariz şəkildə nümayiş etdirir. Ümummilli Lider Heydər Əliyevin başladığı dövlət quruculuğu
prosesi məhz demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına yönəlmiş,
hazırda isə həmin proses Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən ardıcıl
surətdə davam etdirilir. Ölkəmizin demokratik inkişaf istiqamətində əldə etdiyi nailiyyətlər
beynəlxalq miqyasda da təqdir olunur. Cəmiyyət həyatının bütün sahələrində qanunun aliliyi
və hüququn üstünlüyü təmin edilib. Ölkəmizdə reallaşdırılan çoxistiqamətli islahatlar siyasi
sistemin təkmilləşməsinə mühüm töhfələr verir.
Azərbaycan cəmiyyətində demokratik münasibətlərin təşəkkülü ölkəmizdə azad
mətbuatın inkişafı ilə birbaşa əlaqədardır. Çünki azad mətbuat demokratiyanın fundamental
şərtlərindən biridir. Azad mətbuatın inkişafına əngəl yaradan süni məhdudiyyətlərin aradan
qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi və müasir dünya standartlarına
uyğunlaşdırılması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının
möhkəmləndirilməsi və onlar üçün çoxsaylı güzəştlərin müəyyənləşdirilməsi istiqamətində
verilmiş bir sıra fərman və sərəncamlar, mətbuat işçiləri ilə mütəmadi görüşlər ənənəsinin
yaradılması, KİV-lə bağlı problemlərə operativ müdaxilə - bütün bunlar ümummilli lider Heydər
Əliyevin azad sözə və onun daşıyıcılarına münasibətini səciyyələndirən faktlardır. Ümummilli
Lider Heydər Əliyev deyirdi: “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının
azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinci”dən üzü bəri azadlıq,
demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən
öyrənmişik”. 
Söz və mətbuat azadlığı demokratik cəmiyyətin prioritet dəyərlərindən biridir. Söz və
mətbuat azadlığının təmin olunmasında isə peşəkar jurnalistika olduqca mühüm rola malikdir.
Azərbaycan mətbuatı ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda
demokratiya və siyasi plüralizmin mühüm vasitəsi kimi çıxış edir. Milli maraqların müdafiə
edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirən Cənab İlham Əliyev qeyd
edir ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan
alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik,
operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Cənab
İlham Əliyevin ölkəmizdə söz və mətbuat azadlıqlarının inkişafı istiqamətində həyata keçirdiyi
siyasət, dövlət rəhbərinin hətta bəzən söz azadlığından siyasi, yaxud şəxsi məqsədlərlə
istifadə etməyə çalışan jurnalistlərə münasibəti humanizm çalarları ilə zəngindir.
Mətanət Məhərrəmova,
Sabirabad rayonu Ulacalı kənd kitabxanasının müdiri


10:30 22.07.2024