KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan  dövlətinin milli mətbuatın inkişafına diqqəti və qayğısı davamlıdır

Azərbaycan ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdikdən sonra həyatın bir
çox sahələrində olduğu kimi, mətbuatın inkişafında da dönüş yarandı, siyasi plüralizm və söz
azadlığını təmin etmək üçün mühüm işlər həyata keçirildi. 148 il ərzində müxtəlif tənəzzül və
intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən
güzgü rolunu oynayıb.1998-ci ilin avqustunda senzuranın ləğvi Azərbaycanda mətbuatın
inkişafına ciddi təkan verdi. Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr
olunur, internet qəzetçilik inkişaf edir.Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini
yaşayır.
Bu yeni inkişaf dövrünün təməlini qoyan Ulu Öndər Heydər Əliyev hər zaman
mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi
informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl
tədbirlər həyata keçirib.Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk Fərman da
Heydər Əliyev tərəfindən imzalanıb. 2000-ci il martın 27-də imzalanan "Azərbaycanda milli
mətbuatın yaradılmasının 125 illiyi" haqqında Fərmanla ölkəmizdə demokratik mətbuatın
yaradılmasının 125 illiyi təntənəli şəkildə qeyd olunub.Ümumilikdə, Ulu Öndər mətbuatın
problemlərinin həlli ilə bağlı ondan çox sərəncam və fərman imzalayıb.Ulu Öndərin müstəqil
mətbuatın formalaşması və inkişafına xidmət edən siyasəti bu gün cənab Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığına, kütləvi
informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Azərbaycanın artan
iqtisadi imkanları mətbuatın inkişafı yolundakı çətinliklərin aradan qaldırılmasına, onun aktual
problemlərinin həllinə şərait yaradır. 
Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə "Azərbaycan
Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nın
təsdiq edilməsi, 2009-cu il aprelin 3-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə
Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki
bazasını möhkəmləndirmək, jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə atılan
mühüm addımlardandır. Milli mətbuatımızın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-
lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi
tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla
təltif edilməsi haqqında sərəncamlar da mətbuata və bu sahədə çalışanlara göstərilən
qayğının tərkib hissəsidir.Cəmiyyət dayanmadan inkişaf edir. Bu inkişaf mətbuatın da inkişafı
ilə paralellik təşkil edir.
Heydər Rüstəmov,
Sabirabad rayonu Qəzli kənd tam orta məktəbinin direktoru


08:29 22.07.2024