“Veysəloğlu” Şirkətlər Qrupunun prezidenti Aydın Talıbovun parlamentə düşmək planları suya düşdü.
Media onun deputatlığa namizədliyini irəli sürməyə hazırlaşdığını yazırdı, lakin arzusuna çatmayıb. Görünür ki, siyasi hakimiyyətdən dəstək ala bilməyib.
Onun seçkiyə getmək istəyi bu il iyulun 1-dən qüvvəyə minən Rəqabət Məcəlləsi ilə bağlı göstərilirdi. Çünki Bəbazarda xeyli dərin inhisarçı olan “Veysəloğlu” Şirkətlər Qrupunun yaranacaq rəqabətə davam gətirib – gətirməyəcəyinin sual altına düşdüyünü bu qərardan da görmək olardı. Məcəlləsi sahibkarların qarşılaşdığı inhisarçı və rəqabətsiz bazar mühitinin aradan qaldırılması, bazarda sağlam rəqabət yaradıb sahibkarlığın inkişafını təmin etmək üçündür. Azərbaycanda da hazırlanan sənəd kifayət qədər təkmil hesab edilir, çatışmazlıqları, demək olar ki, çox azdır. Real icrasına nail olunarsa, kiçik və orta, hətta bəzi iri, inhisarçı olmayan sahibkarlar üçün geniş fürsətlər, inkişaf potensialı yarada bilər. Əsas məsələ bu məcəllənin icrasıdı, işləkliyidir. Bütün bunlara baxmayaraq, Aydın Talıbova seçkidə iştirak məsləhət görülmədiyini ehtimal etmək olar.