KANAL24.AZ
Az Iw En Ru

Əli Əhmədovla bağlı İLGİNC İDDİA - Adil Əliyevin yerinə gətirilir?

Hakim Yeni Azərbaycan Partiyasının sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısını açıqlaması ciddi müzakirələrə səbəb olub. Kifayət qədər məşhur şəxsləri qapı arxasında qoyan iqtidar partiyası seçki mübarizəsinə sürpriz isimlərlə qoşulub.

Kanal24  xəbər verir ki, YAP-ın deputatlığa namizədlərinin siyahısında baş nazirin müavini Əli Əhmədovun da adı var. Hökümətdə yüksək post tutan məşhur YAP-çının deputatlığa namizəd olması çoxsaylı suallar doğurub.

“Yeni Sabah” bu məsələnin təfərrüatını öyrənə bilib.

Hakimiyyətdə yüksək post tutan şəxslərdən biri saytımıza açıqlamasında Əli Əhmədovun namizədliyinin YAP tərəfindən irəli sürülməsinin təsadüfi olmadığını bildirib. Qeyd edib ki, məşhur YAP-çı yaxın günlərdə tutduğu postdan - Baş nazirin müavini vəzifəsindən istefa verərək, seçki mübarizəsinə qoşulacaq. Mənbə deyib ki, Əli Əhmədovun Milli Məclisin rəhbərliyində təmsil olunması nəzərdə tutulub. O, sabiq vitse-spiker Adil Əliyevi əvəzləyəcək.


16:49 17.07.2024