KANAL24.AZ
Az Iw En Ru

O da gedir...

Azərbaycan hakimiyyətində dəyişikliklər davam edəcək. Bu prosesin icra başçılarının timsalında daha geniş vüsət alacağı gözlənilir. 

Yenisabah.az postundan uzaqlaşdırılacaq növbəti icra başçısının adını öyrənə bilib. Məlum olub ki, Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov məmur kimi karyerasının son günlərini yaşayır. Onunla bağlı müvafiq sərəncamın yaxın günlərdə imzalanacağı gözlənilir. 

Süleyman Mikayılovun "vurulması" onun fəaliyyətindəki nöqsanlarla əlaqələndirilir. Bildirilir ki, Qaradağ rayonunun inzibati ərazisinə daxil olan qəsəbələrdə mövcud problemlərin həlli istiqamətində təsirli tədbirlərin görülməsi əhali arasında sosial narazılığı artırıb.

Müvafiq dövlət qurumlarına daxil olan şikayətlərin sayının artması Mikayılova bağlı daha sərt tədbir görülməsini qaçılmaz edib. 

Qeyd edək ki, Süleyman Mikayılov ölkənin ən stajlı icra başçılarından biridir. O, 2005-2010-cu illərdə Yardımlı və Lənkəran rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 4 mart 2010-cu ildə Qaradağ rayon icra hakimiyyətinin başçısı təyin olunub. 

Mətbuatda ən çox tənqid olunan məmurlardandır. 

 


18:09 10.07.2024