KANAL24.AZ
Az Iw En Ru

Türk dünyasının daha da güclənməsi istiqamətində atılmış növbəti mühüm addım

Müasir dünyada güc amilinin getdikcə əsas göstərici kimi tanınması Türk dövlətləri
arasında olan dostluq və qardaşlıq əlaqələrinin gücləndirilməsinin vacibliyini vacib şərt kimi
önə çəkir. Azərbaycanın xarici siyasətinin əsas prioritet istiqaməti də məhz bu məqsədə
xidmət edir. İyulun 6-da Şuşada keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının
qeyri-rəsmi Zirvə görüşü də Türk dünyasının daha da güclənməsi istiqamətində atılmış
növbəti mühüm addım olacaq. Türk dünyasının birləşməsi bütün türkdilli xalqların gələcəyi
üçün son dərəcə önəmlidir. Buna görə də Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr bu
istiqamətdə böyük səylər göstərirlər. Təbii ki, Azərbaycan üzv olduğu bütün digər beynəlxalq
təşkilatlarda olduğu kimi, Türk Dövlətləri Təşkilatında mühüm təşəbbüslərlə çıxış edir. Şuşada
keçirilən qeyri-rəsmi Sammit də məhz bu təşəbbüslərdən biridir.
Zirvə görüşündə çıxış edən cənab Prezident İlham Əliyev Azərbaycanın həmişə Türk
dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada
güc mərkəzinə çevrilməsi naminə ciddi səylər göstərdiyini diqqət mərkəzinə çəkdi və qeyd
etdi ki, XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır.” Dövlətimizin başçısı Türk Dövlətləri
Təşkilatının cari büdcəsi və strukturunun nəzərdə tutulan hədəflərin reallaşdırılması üçün
yetərli olmadığını qeyd etmiş və buna görə Azərbaycanın bu günlərdə Katibliyin hesabına 2
milyon ABŞ dolları məbləğində vəsait köçürdüyünü bildirmişdir. Zirvə görüşünün Şuşada
keçirilməsi böyük rəmzi məna kəsb edir. Şuşa şəhəri həmişə Azərbaycanın və regionun
mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. Dövlət başçımızın
çıxışında qeyd olunduğu kimi, 2023-cü il sentyabrın 20-də Azərbaycan öz ərazi bütövlüyünü
və suverenliyini tam bərpa edəndən sonra Şuşada keçirilən bu Zirvə görüşü rəmzi məna
daşıyır. 2020-ci il noyabrın 8-də məhz Şuşanın işğaldan azad edilməsindən sonra Ermənistan
kapitulyasiya aktına imza atmağa məcbur oldu və beləliklə, İkinci Qarabağ müharibəsi başa
çatdı.
Noyabr ayının 8-i hər il Azərbaycanda Zəfər Günü kimi qeyd edilir. “Prezident İlham
Əliyevin 2021-ci ildə imzaladığı Sərəncama əsasən Şuşa şəhəri “Azərbaycanın mədəniyyət
paytaxtı” elan olundu. TÜRKSOY tərəfindən Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının
mədəniyyət paytaxtı”, ICESCO tərəfindən isə 2024-cü il üçün “İslam dünyasının mədəniyyət
paytaxtı” elan olunmuşdur. Azərbaycan və Türkiyənin rəsmi müttəfiqliyinin əsasını qoyan
Şuşa Bəyannaməsi də 2021-ci ildə məhz Şuşada imzalanmışdır. Bu gün artıq 4 ilə yaxındır ki,
Şuşa işğaldan azad edilib və orada sürətlə quruculuq-bərpa işləri aparılır. Qarabağ və Şərqi
Zəngəzurda “Böyük Qayıdış” Proqramı icra olunur, bu torpaqlara həyat qayıdır. Ötən dövr
ərzində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Şuşaya səfərlər etmişlər. Türkiyə,
Özbəkistan, Qazaxıstan, Qırğızıstan prezidentləri Ağdama və Füzuliyə səfər etmişlər. Türk
dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin
təzahürüdür.
Həsən Hüseynov,
“Sabirabad Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru


08:52 09.07.2024