Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən qeyri-rəsmi zirvə görüşü Türk dünyasının
əsas lokamativi kimi Azərbaycanın nüfuzunu daha da möhkəmləndirdi. Şuşa zirvəsi
Azərbaycanın xarici siyasətində xüsusi önəm verdiyi - Türk dünyasının sıx birləşməsi, onun
siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi
baxımından növbəti mərhələ kimi tarixə düşdü.
Türk dünyasının mədəniyyət paytaxtından verilən mesajlardan aydın oldu ki, təşkilata
üzv ölkələr TDT-nin dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməsində maraqlıdır.
Prezident İlham Əliyevin zirvə görüşündə bəyan etdiyi kimi, biz böyük coğrafi məkanı əhatə
edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş
meydanlarında özünü dəfələrlə göstərib. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir
infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat
dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın
ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI
əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Bu istiqamətdə bütün üzv ölkələr imkanları düzgün
dəyərləndirmək və konkret addımlar atmaq niyyətini bir daha ortaya qoydu.
Yeri gəlmişkən, Azərbaycanın katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində
vəsait köçürməsi nəzərdə tutulan hədəflərin reallaşdırılmasına təkan olacaq.
Zirvə görüşündə imzalanan tarixi “Qarabağ Bəyannaməsi” ilə Türk Dünyasının
inkişafının yeni yol xəritəsi müəyyənləşdi. Qarşıdakı dövrdə təşkilat öz fəaliyyətini Qarabağ
bəyannaməsinin müddəllarında əks olunan istiqamətlər əsasında davam etdirəcək.
Zirvə görüşündə də qeyd olunduğu kimi, Şərq-Qərb nəqliyyat dəhlizinin
genişləndirilməsi qarşıda duran əsas prioritet məsələlərdən biridir. Üzv ölkələr Trans-Xəzər
beynəlxalq nəqliyyat marşrutunun bütün potensialından istifadə olunmasının tərəfdarıdır.
Təsadüfi deyil ki, Orta Dəhlizin ayrılmaz hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik
yükaşırma qabiliyyəti Azərbaycanın əlavə sərmayəsi nəticəsində 1 milyondan 5 milyon tona
çatdırılıb. Eyni zamanda Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan Türk
dövlətləri üçün önəmli tranzit xidmətləri göstərməkdədir.
Türk İnvestisiya Fondu vasitəsilə bir çox sahələrdə birgə layihələrə sərmayə qoyulması da
əsas hədəflərdən biridir.
Bir sözlə, Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən zirvə toplantısı önəmli
müzakirələr, vacib qərarlarla yadda qaldı. Toplantının sonunda imzalanan Qarabağ
Bəyannaməsi isə Türk dünyasının həmrəyliyini, eyni zamanda, Türk Dövlətləri Təşkilatının
beynəlxalq nüfuzunu daha da gücləndirəcək.
Cavid Rəcəbli,
ƏƏSMN yanında DSMF rayon şöbəsinin müdiri