KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanın xarici siyasətində Asiyasi ölkələri, Şərqlə əməkdaşlıq priorotet təşkil edir

Azərbaycanın xarici siyasi strategiyası milli maraqlara əsaslanaraq çoxvektorlu
olması ilə diqqət çəkir. Bütün dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığa açıq olan,
qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoqa hazır olan ölkəmizin müstəqil xarici
kursuz onun beynəlxalq reytinqinə müsbət təsir göstərir. Azərbaycan nüfuzlu beynəlxalq
təşkilatlara sadəcə qoşulmaqla, sıradan bir üzvü kimi qalmaqla kifayətlənmir, həm də
onun güclənməsinə, idarə olunmasına töhfə verir.
Daim qlobal təşəbbüslərlə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin
siyasi təcrübəsi, güclü beynəlxalq əlaqələri ölkəmizin qoşulduğu beynəlxalq təşkilatların
daha inkişafına səbəb olur. Ölkəmiz  155 ölkənin dəstəyi ilə 2012–2013-cü illər üçün
BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Dünyanın ikinci ən böyük
beynəlxalq qurumu olan Qoşulmama Hərəkatına 2019–2023-cü illərdə sədrlik
Azərbaycana olan etibar və etimadı daha da artırdı. Həmin dövrdə yüksək təşkilatçılıq,
nümunəvi və ədalətli idarəçilik, institusional yeniliklər sayəsində bu beynəlxalq təsisat
dünyada böyük nüfuza sahib oldu. 
Bu gün Azərbaycanın xarici siyasətində Asiyasi ölkələri, Şərqlə əməkdaşlıq
priorotet təşkil edir. Bu mənada ölkəmizin  Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və ona
üzv olan dövlətlərlə əməkdaşlığı gücləndirməsi təsadüfi deyil. Dünyanın aparıcı
dövlətlərinin üzv olduğu və kifayət qədər nüfuzlu təşkilatı olan  ŞƏT Azərbaycanla
 əməkdaşlığa böyük önəm verir. Ölkəmiz  ŞƏT-də dialoq tərəfdaşı statusuna malikdir. 
ŞƏT-i təsis edən 6 ölkə - Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və
Tacikistan ayrı-ayrılıqda Azərbaycanda güclü əlaqələrə malikdirlər. Bu ölkələr daim
beynəlxalq platformalarda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyiblər və daxili
məsələlərinə qarışmayıblar. Bu amil təşkilatla münasibətlərimizin genişlənməsinə
münbit şərait yaradır. Qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasi,  iqtisadi və
digər sahələrdə səmərəli əməkdaşlıq, regionda sülhün əldə edilməsi, yeni beynəlxalq
siyasi və iqtisadi düzənin yaradılması  ŞƏT üçün xüsusi önəm kəsb edir. Prinsipcə
 Azərbaycanda yuxarıda qeyd olunan məsələlərin reallaşmasında maraqlı olan ölkədir.
Əlverişli təbii-coğrafi mövqeyimiz,  təşəbbüskarı olduğu nəhəng layihələr Azərbaycana
olan marağı artırır. Tranzit və nəqliyyat-logistika imkanları, Şərq-Qərb və Şimal-Cənub
nəqliyyat dəhlizlərinin fəaliyyətinə göstərdiyi dəstək Azərbaycanı ŞƏT üçün cəlbedici
edir.
Azərbaycan Prezidenti İlham Əliyevin ŞƏT-in Astanada keçirilən sammitinə dəvət
edilməsi ölkəmizə və onun rəhbərinə göstərilən yüksək etimadın ifadəsidir. Artıq ikinci
dəfədir ki, ölkəmizin başçısı təşkilatın sammitinə dəvət olunur. Bu, Azərbaycan
Prezidentinin şəxsi nüfuzu və irəli sürdüyü təşəbbüslərin regional əməkdaşlıq üçün
önəmini göstərir. Zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyev Rusiya,
Qazaxıstan, Türkiyə prezidentləri, Çin sədri və Pakistanın Baş naziri ilə görüşlər keçirdi,
səmərəli danışıqlar aparıldı. Baş tutan bütün görüşlərdə qarşı tərəflər bir daha
Azərbaycanla əməkdaşlıqdan məmnunluq ifadə etdilər, həmçinin əlaqələrin mövcud və
yeni sahələr üzrə inkişafının vacibliyini bildirdilər.  Astanada  Çin Xalq Respublikası ilə
strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin qəbul olunması çox ciddi
siyasi hadisədir. Bu, Çin-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcı
deməkdir. Bundan başqa, Bəyannamə beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti
gücləndirməyə, iki ölkənin ümumi maraqlarını birgə qorumağa, həmçinin regional və
qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə irəlilətməyə imkanlar yaradacaq.
Sonda qeyd edək ki, Azərbaycanın ŞƏT-ə üzv olması olduqca realdır və
gözləniləndir. Coğrafi yaxınlıq, üzv ölkələrlə güclü əlaqələrimizin mövcudluğu deməyə
imkan verir ki, ŞƏT-ə gedən yolda ölkəmiz üçün heç bir maneə yoxdur. Əksinə təşkilat
özü maraqlıdır ki, onun sıraları genişlənsin. Müşahidələr göstərir ki, ŞƏT-də
Azərbaycana böyük maraq var və ölkəmizi bu təşkilatda görmək istəyirlər. 
Mətanət Məhərrəmova,
Sabirabad rayonu Ulacalı kənd kitabxanasının müdiri


10:04 06.07.2024