KANAL24.AZ
Az Iw En Ru

Azərbaycana üstünlüklər qazandıran Astana sammiti

Qazaxıstanın paytaxtı Astanada Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin iyulun 4-
də keçirilən Zirvə görüşünə 16 ölkənin dövlət və hökumət başçıları qatılıblar. 2022-ci ilin
sentyabrında Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə görüşündə olduğu kimi bu
görüşdə  də Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.
Azərbaycanın belə mötəbər təşkilatın sammitinə ikinci dəfə dəvət olunması ölkəmizin,
xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında artan nüfuzunun və göstərilən yüksək
etimadın ifadəsidir.
2001-ci ildə Şanxayda 6 ölkə – Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və
Tacikistan tərəfindən təsis edilən təşkilatın 3 müşahidəçi üzvü və 14 dialoq tərəfdaşı var. 14
dialoq tərəfdaşından biri də Azərbaycandır. Astana sammitində ŞƏT-ə Belorus yeni üzv
seçilib. Çoxtərəfli dialoqun möhkəmləndirilməsi – davamlı sülhə və inkişafa nail olmaq”
mövzusuna həsr olunan Zirvə görüşünün gündəliyi çox zəngin olub. Dövlət və hökumət
başçıları siyasi, iqtisadi-ticari, mədəni-humanitar əməkdaşlıq və digər məsələlərə dair geniş
spektrdə aktual mövzuları müzakirə ediblər. Müzakirələrin nəticəsi olaraq Astana
Bəyannaməsi imzalanıb. Bu Bəyannamə ŞƏT-in bu günə qədər olan fəaliyyətinə qiymət
verməklə yanaşı, gələcək üçün istiqamətləri də müəyyənləşdirib.
Üzv ölkələr arasında qarşılıqlı etimad, qonşuluq münasibətlərinin gücləndirilməsi, bütün
sahələr üzrə səmərəli əməkdaşlıq, sülh, təhlükəsizlik naminə birgə səylərin göstərilməsi,
beynəlxalq səviyyəli yeni siyasi və iqtisadi platformanın yaradılması ŞƏT-in qarşısında duran
vacib məsələlərdəndir.
Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə
Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb.
Memorandumda terrorizm, ekstremizm və separatizm ilə mübarizə məsələləri öz əksini tapıb
ki, bu da ölkəmizin maraqlarına tam uyğundur. Azərbaycan lideri bu samitin verdiyi
imkanlardan istifadə edərək regionda yaranan yeni reallıqları diqqətə çatdırıb.
Prezident İlham Əliyevin Zirvə görüşü çərçivəsində Rusiya Prezidenti Vladimir Putin,
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə
görüşləri oldu. Bu görüşlər Azərbaycan Prezidenti ilə təşkilata üzv dövlətlərin rəhbərləri
arasında qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlərin göstəricisidir.
Ölkəmizin ŞƏT-in təsisçiləri ilə münasibətləri yüksək səviyyədədir. ŞƏT-in Baş katibi
Can Min bu ilin fevralında Bakıda Prezident İlham Əliyev tərəfindən qəbul edilərkən
Azərbaycan ilə əlaqələrin hərtərəfli inkişafına əhəmiyyət verdiklərini dedi. Bu mötəbər
təşkilatla əməkdaşlığını gücləndirən Azərbaycan ŞƏT-də müşahidəçi statusu almaq
niyyətindədir. 2011-ci ildə dünyanın 155 dövlətinin dəstəyini alaraq BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçilən Azərbaycanın dünyada ikinci ən böyük təşkilat olan
Qoşulmama Hərəkatına uzun müddət sədrlik edib və çox uğurlu fəaliyyət ortaya qoyub. Bu
mənada Azərbaycan Prezidenti sammitdə iştirak etməklə ŞƏT-in fəaliyyətinə çox böyük töhfə
vermiş olur. Bu, həm də Azərbaycana bir sıra üstünlüklər qazandırır.
ŞƏT-də Azərbaycana münasibət yüksək səviyyədədir. Təşkilatın əsas üzvləri ilə
dostluq münasibətlərimiz, güclü ikitərəfli əlaqələrimiz təşkilatın ölkəmizə münasibətində özünü
açıq şəkildə büruzə verir. Təsadüfi deyil ki, 2011-ci ildə qurumun Pekindəki mənzil-
qərargahında Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi qeyd
edildi və qərargahın binasında onun büstü ucaldıldı. Qərargahda iki məşhur tarixi şəxsiyyətin
büstü var: Nizami Gəncəvi və Çin filosofu Konfutsinin. Azərbaycanı ŞƏT üçün cəlbedici edən
digər məqam dövlətimizin başçısının təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı layihələrdir.
Azərbaycan mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilib. Şərq-Qərb və Şimal-
Cənub Nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələri ölkəmizə olan marağı
artırıb.
Çin-Avropa-Çin marşrutunun önəmli hissəsini təşkil edən Azərbaycan Transxəzər
Beynəlxalq Nəqliyyat Dəhlizi – Orta Dəhlizin yaradılmasında çox aktiv rol oynayır. Bu
marşrutlar ölkələrimiz arasında əməkdaşlığın daha da inkişafını zəruri edir. Təbii ki, bütün
bunlar dünyada uzaqgörən lider kimi böyük nüfuz qazanmış Prezident İlham Əliyevin

düşünülmüş düzgün xarici siyasətinin nəticəsidir. Dövlətimizin başçısının mötəbər tədbirlərə
dəvət edilməsi təkcə ölkəmizin Şərq ilə Qərb arasında tutduğu vacib coğrafi mövqeyindən irəli
gəlmir, həm də bilavasitə Prezident İlham Əliyevin nüfuzu və siyasi uzaqgörənliyi ilə bağlıdır.
Afiq Ağayev,
H.Z.Tağıyev adına 7 saylı Sabirabad şəhər tam orta məktəbinin müəllimi


20:01 05.07.2024