1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə
qayıdışından sonra 1993-cü ilin sonlarından başlayaraq Azərbaycanda sistemli ordu
qurulucuğunun təməli formalaşdırlmağa başlanıldı. Vətəndaş qarşıdurmalarından xilas olmuş
ölkənin əsas prioriteti məhz ordunun möhkəmləndirilməsi probleminin həlli ilə bağlı idi. Ordu
quruculuğunun təmin edilməsi bu dövrdə mühüm hadisə idi. Mərkəzləşmiş ordu quruculuğu
mərhələsi həmdə ixtisaslı cavuş, zabit heyətinin hazırlığını tələb edirdi. Bu dövrdə xeyli sayda
zabit heyətinin qardaş Türkiyədə təcrübə keçməsi yeni hərbi strateji maraqları artırmaqla
yanaşı NATO standartlarının da hərbi heyətimizdə tətbiqini sürətləndirdi. Ölkənin siyasi
sisteminin sabitliyi və suverenlyin möhkəmlənməsi prosesi birbaşa ordu-xalq birliyi ideyasının
möhkəmlənməsini tələb edirdi.
Uzunmüddətli atəşkəs əldə edildikdən sonra, Azərbaycanda bir sıra islahatlar
aparılmağa başlandı. İlk öncə orduda Azərbaycan dilinin tətbiq olunması prosesi həyata
keçirildi. Belə ki, digər sahələrdə olduğu kimi, orduda da Azərbaycan dilinin bərqərar olunması
vacib idi. Ordu nizamnamələri yenidən Azərbaycan dilində yazıldı və tətbiq olunmağa başladı.
Milli hərbi geyim və hərbi rəmzlər yarandı. Azərbaycan ordusunun sovet hərbi sistemini
dəyişib müasir NATO standartlarına uyğunlaşdırmaq lazım idi. Lakin bu prosesin həyata
keçirilməsi olduqca böyük vəsait və uzun müddət tələb edirdi. Digər tərəfdən, Azərbaycanın
müharibə şəraitində olması bu sistemin birdəfəlik dəyişikliyinin çox böyük bir risk olduğunu
göz önünə çıxarırdı. Ümummilli lider Heydər Əliyev öz böyük sərkərdəlik qabiliyyətini nümayiş
etdirərək, bu prosesin tədricən həyata keçirilməsini qərara aldı. Öz ordusunun hazırlıq
səviyyəsinə görə, dünyada qabaqcıl dövlətlərdən hesab olunan, NATO-nun tam üzvü olan
Türkiyə ilə geniş hərbi əməkdaşlığa başlandı. Bu hərbi əməkdaşlıq özünü hərbi təhsil
sahəsində daha qabarıq göstərir. Belə ki, Azərbaycan Ali Hərbi Məktəbinin 1997-ci ildən
NATO hərbi sisteminə keçidi bunun çox bariz nümunəsidir. Artıq yeni sistemlə fəaliyyət
göstərən bu məktəbin yüksək döyüş hazırlıqlı ali təhsilli məzunları Azərbaycan ordusunun
sıralarında zabit heyətinin müəyyən bir qismini təşkil edir. Bundan əlavə bir çox gənc,
Türkiyədə və Azərbaycanın hərbi əməkdaşlıq etdiyi dövlətlərdə təhsil alır və təcrübə toplayır.
Eyni zamanda, xarici dövlətlərlə aparılan hərbi əməkdaşlığın nəticəsində ordumuzun silah
ehtiyatı daimi müasirləşdirilir və gücləndirilir. 1991-1993-cü illərdəki uğursuzluqlar ordudan
yayınmaq hallarını xeyli artırmışdır. Amma Ümummilli liderin hərbi sahədəki qətiyyətli və
düzgün siyasəti bu problemi tamamilə aradan qaldırdı. Hərbi xidmətin bir il altı ay, təhsil alan
gənclər üçün isə 1 illik olması bu sahədə çox əhəmiyyətli bir addımdır. Bundan əlavə bu
addım minlərlə azərbaycanlının hərbi təlim görərək ehtiyata buraxılmasına səbəb oldu.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi
diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəldildi, maddi-
texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirildi, hərbçilərin sosial vəziyyətinin
yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı. Bu düşünülmüş və uzaqgörən
siyasətin məntiqi nəticəsi kimi 27 sentyabr 2020-ci ildə başlayan II Qarabağ – Vətən
Müharibəsini 44 gün ərzində möhtəşəm qələbə ilə başa vurduq.Azərbaycan Ordusu Ali Baş
Komandanın rəhbərliyi, xalqın dəstəyi ilə 30 illik işğala son qoydu.
Vüqar Kərimov,
Mil-Muğan Regional Gənclər və idman idarəsinin idman sektorunun müdiri