İyunun 21-də Avropanın aparıcı televiziya kanallarından olan “Euronews”
televiziyasında Prezident İlham Əliyevin müsahibəsi yayımlanıb. Müsahibə Bakı Ekspo
Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz –
“Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power”
sərgilərinin keçirildiyi zaman verilib və kanaldq reportaj şəklində yayımlanıb.
Müsahibənin əsas mövzusu bu ilin payıızında Azərbaycanın paytaxtı Bakıda
keçiriləcək COP-29, yəni qlobal iqlim sammiti olub. Sammit bütün dünyanın, eləcə də Avropa
ölkələrinin ciddi diqqət mərkəzindədir. Azərbaycan Prezidenti müsahibədə Azərbaycanın
nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün
cəlbedici olduğunu bildirib.
Prezident İlham Əliyev bildirib ki, “Masdar” Azərbaycanın bərpaolunan enerji sahəsində
strateji tərəfdaşıdır: “Ötən ilin oktyabrında ölkəmizdə 230 meqavatlıq ilk Günəş enerjisi
stansiyasının açılışı oldu. Perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü
əhatə edən bütün müqavilələr və anlaşma memorandumları icra olunacaqdır”.
Milli enerji şəbəkənin gücləndirilməsini, sərmayədarların verdiyi mümkün qədər çox
enerjini qəbul etmək iqtidarında olmalı duruma gəlməyi, ötürülmə xətləri ilə bağlı qonşularla
fəal çalışma oldumuzun vacibliyini qeyd edən Prezident bildirib ki, Azərbaycanın özünə
planlaşdırdığı qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəf ixracdır.
“Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik
enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya
lazım olan qaydada nəql olunsun” – Prezident İlham Əliyev deyib.
Prezident İlham Əliyev müsahibəsində vurğulayıb ki, beynəlxalq tərəfdaşlıq tələb edən
məsələləri biz tərəfdaşlarımızla həll etməliyik:
“Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki,
elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi
Avropaya lazım olan qaydada nəql olunsun”.
Bakı Enerji Həftəsindən danışan Prezident bunları vurğulayıb: “Konfrans enerji
sektorunda ölkəmizin qlobal liderliyini əks etdirir. Bakı Enerji Həftəsində 37-dən artıq ölkədən
gəlmiş 300-dən çox nümayəndə iştirak etmişdir. Tədbir artıq 30 ildir keçirilir. Birinci tədbir hələ
1994-cü ildə təşkil olunmuşdur. Heç də hər enerji tədbiri ABŞ Prezidentinin müraciəti şərəfinə
nail olmur. Bu tədbirin bütün illəri belə olub və bu, əslində, onun unikal mahiyyətini və gücünü
nümayiş etdirir. Tədbir öncə Xəzər Neft və Qaz Sərgisi və Konfransı adını aldı. Sonra biz
bərpaolunan enerji sahəsində işə başladıq və tədbir fərqli sektorları əhatə edən Bakı Enerji
Həftəsinə çevrildi. Qısa müddət ərzində bir ölkədə hər istiqamətdə – neft, təbii qaz və indi isə
yaşıl enerji sahələrində uğurları görə bilərsiniz”.
Hazırda Azərbaycan COP29 kimi böyük tədbirə ev sahibliyi etməyə hazırlaşır.
Dünyanın gözü yenə də bizdədir. Azərbaycanın son illər hərb sahəsindəki uğurları,
diplomatiyadakı qələbəsi, on illərdir etibarlı tərəfdaş kimi fəaliyyəti onu dünyanın diqqət
mərkəzinə gətirib. Şübhə edilmir ki, COP29 tədbiri də uğurla keçəcək.
Nəsir Mirzəliyev,
Sabirabad RİH başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması
şöbəsinin müdiri