Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonar suveren dövlət kimi dünya dövlətləri
ilə ikitərəfli, çoxtərəfil siyasi, iqtisadi, mədəni əlaqələr yaradıldı. Dünyanın əksər dövlətləri
Azərbaycanla siyasi əlaqələri daha da möhkəmlətməkdədir. Bu baxımdan dünyanın böyük
dövlətlərinin televiziya kanalları Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevdən müsahibələr götürməklə bu və ya digər dünyəvi məsələlərin şərh edilməsinə maraq
göstərir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iyunun 21-də “Euronews”ə
müsahibəsi də bu qəbildəndir. Müsahibə son illərin qlobal problemlərini əhatələyib və dövlət
başçımız verilən sualları Azərbaycanın dövlət maraqları baxımından şərh edib. Azərbaycanda
yaxşı sərmayə mühiti olduğunu qeyd edən Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev qeyd edib ki, ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan
enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə
gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Beynəlxalq
tərəfdaşlıq tələb edən məsələləri biz tərəfdaşlarımızla həll etməliyik. Bərpaolunan enerjidən
istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum
istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada
nəql olunsun”.
Bakı Enerji Həftəsində 37-dən artıq ölkədən gəlmiş 300-dən çox nümayəndə iştirak
etdiyini, tədbirin 1994-cü ildə təşkil olunduğunu, 30 ildir keçirildiyini, hər enerji tədbirinin ABŞ
Prezidentinin müraciəti şərəfinə nail olmadığını, onun unikal mahiyyətə və gücə malik
olduğunu bildirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Ev
sahibliyi edən ölkə kimi Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi
yaratmaqdır. Biz COP zamanı və ondan sonra sədrliyimizin davam edəcəyi dövrdə elə
müsbət mühit qurmaq istəyir ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı
iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər”.
Heydər Yaqubov,
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru