KANAL24.AZ
Az Iw En Ru

Əbədi müstəqilliyimizin memarı

Müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu, zəngin
dövlətçilik irsinə hər tərəfli yanaşan müdrik dövlət xadimi Heydər Əliyev dövlətin müstəqilliyini
qurub yaratdı. O, 30 ildə zəngin və şərəfli inkişaf yolu keçərək Azərbaycanən tərəqqisində
müstəsna rol oynadı, Onun əvəzsiz xidmətləri müstəqil Azərbaycanın inkişaf yolunu dəqiq
müəyyənləşdirdi. 90-cı illərin əvvələrində çox çətin sınaqlar qarşısında qalan Azərbaycan
xalqı düzgün seçim etməklə ölkənin xilası, rifah və tərəqqisi üçün dahi lideri özünə rəhbər
seçdi.
Xalqın və dövlətin xilaskarı olan Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinin
Konstitusiyada dövlət dili kimi təsdiq edərək ölkəmizin mənafelərini qətiyyətlə qorudu. O,
Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Sədri kimi blokada vəziyyətində olan muxtar
respublikanın ağır sosial-iqtisadi vəziyyətdən və tənəzzüldən xilas edərək dirçəlişini təmin
etmiş, Türkiyə başda olmaqla bir sıra xarici dövlətlərlə beynəlxalq əlaqələrini genişləndirmiş,
ilk dəfə Naxçıvanda üçrəngli bayrağımız qaldırılmasına nail olmuşdur. Bütövlükdə ölkəmizə
mühüm nailiyyətlər qazandıran Heydər Əliyev xalqının təkidi ilə tarixi-siyasi məsuliyyəti öz
üzərinə götürərək respublikamızın siyasi təlatümlərdən, iqtisadi böhrandan xilas etmişdir.
Əvəzsiz lider xalqını inkişaf yoluna çıxararaq güclü, qüdrətli və nüfuslu bir dövlətin
yaranmasına müvəffəq olmuşdur.
Məlumdur ki, ölkədə siyasi hərc-mərcliyin hökm sürdüyü , torpaqlarımızın ard-arda
işğal olunduğu acınacaqlı bir şəraitdə Azərbaycan xalqı çıxış yolunu zəngin idarəetmə
təcrübəsinə malik dahi şəxsiyyət Heydər Əliyevin ətrafında sıx birləşmədə görmüşdür. Təbii
ki, xalqın əziz liderinə inamı təsadüfi deyildir, müəyyən reallıqlara əsaslanırdı, Ulu Öndərin
xalqımız qarşısındakı misilsiz xidmətlərinə əsaslanırdı.
Dahi liderin siyasi kursunu şərəflə davam etdirən , Azərbaycan xalqının müstəqilliyini
möhkəmləndirən , xalqın firavan gələcəyi və parlaq dövlətə çevrilməsi üçün mübarizə və
əzimkarlıq ruhu göstərən İlham Əliyevi özünə bir rəhbər seçməklə xalq doğru addım atmışdı.
Azərbaycan xalqının taleyini dərindən düşünən İlham Əliyev Azərbaycanın ərazi
bütövlüyünü təmin edərək misilsiz fəaliyyəti nəticəsində ölkə iqtisadiyyatının hərtərəfli inkişafı
, onun iqtisadi cəhətdən dirçəldilməsi üçün çox böyük xidmətlər göstərmişdir. II Vətən
müharibəsində qalibiyyət əldə edərək xalqın inamını daha da doğuran Vətən oğlu tariximizin
ən şansıı dövrünü bizlərə yaşatdı.
Bir sözlə, bu dahi şəxsiyyətlər, əbədi yaşar rəhbərlər çox böyük əzmkarlıq göstərərək,
müstəqil və güclü Azərbaycan dövlətini yaratmağa müvəffəq oldu.
Rəşad Qurbanov,
Sabirabad rayon Gənclər evinin direktoru


10:35 15.06.2024