KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan-Misir əlaqələrinın tarixi kökləri mövcuddur

Azərbaycan-Misir münasibətləri qədim tarixi köklər əsasında inkişaf edib. Ortaq
mədəniyyətə malik iki dost ölkə arasında hələ orta əsrlərdən xalqlararası əlaqələr qurulub.
Keçmiş sovetlər dönəmində belə qorunub-saxlanan bu əlaqələr müstəqillik illərində daha da
möhkəmlənib.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Misir 1991-ci il dekabrın 26-da
ölkəmizin müstəqilliyini tanıyıb və 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması
haqqında protokola əsasən Misirin Bakıda, 1994-cü ilin yanvarında isə Azərbaycanın
Qahirədə səfirlikləri açılıb. Ümummilli Lider Heydər Əliyev 1994-cü ildə BMT-nin Əhali və
İnkişaf üzrə Beynəlxalq Konfransında iştirak etmək üçün Qahirədə işgüzar səfərdə olarkən
Misir Prezidenti ilə görüşüb. Prezidentlərin bu görüşündə Azərbaycan-Misir münasibətlərinin
yeni perspektivlərinin müəyyənləşdirilməsi istiqamətində çox mühüm məsələlər müzakirə
edilib.
Azərbaycanın müstəqil dövlət kimi yürütdüyü xarici siyasət kursunda mühüm faktor
olan islam ölkələri sırasında Misir başlıca yerlərdən birini tutur. Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Misir Azərbaycanın ərazi bütövlüyünü
həmişə dəstəkləyib və üzv olduğu beynəlxalq təşkilatlarda ədalətli mövqeyini daim müdafiə
edib.
Misir Ərəb Respublikası İkinci Qarabağ müharibəsindəki Zəfər savaşı günlərində və
ondan sonra da Azərbaycanın haqlı mövqeyinə dəstək verib. İslam Konfransı Təşkilatı və
digər beynəlxalq qurumlarda da Azərbaycan həmişə rəsmi Qahirənin dəstəyini qazanıb.
Siyasi-mədəni əlaqələrlə yanaşı, son illər Azərbaycanla Misir arasında iqtisadi əlaqələr də
yüksək səviyyədədir.
Prezident İlham Əliyevin bu günlərdə Misirə uğurla baş tutan rəsmi səfəri ölkələrimiz
arasında münasibətlərin inkişafında yeni səhifə açır. Səfərin məqsədi ölkələrimiz arasında
yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə
əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Səfərin gündəliyi kifayət qədər geniş olub.
Bir sıra mühüm görüşlər keçirilib. Yeni sənədlər imzalanıb. Ticarət dövriyyəsi bir neçə dəfə
artıb. İmzalanmış sənədlər, əldə edilmiş razılaşmalar ticarət dövriyyəni artıracaqdır. İlk
növbədə, energetika, bərpaolunan enerji növlərinin istehsalı, neft sənayesi, əczaçılıq,
alüminium sənayesi sahələrində və digər sahələrdə yaxşı nəticələr əldə etmək mümkün
olacaq
Bütün beynəlxalq məsələlərdə bizim fikrimiz üst-üstə düşür. Hər iki ölkə beynəlxalq
təşkilatlar çərçivəsində fəal çalışır, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq
Təşkilatı çərçivəsində fəal əməkdaşlıq olunur, habelə İslam həmrəyliyinin gücləndirilməsi
istiqamətində birgə səylər göstərilir.
Azərbaycan tərkibində çoxlu sayda ərəb dövlətinin də təmsil olunduğu Qoşulmama
Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv qəbul olunub və ötən illərdə qurumun fəaliyyətində
yaxından iştirak edib. 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının 18-ci Zirvə görüşü böyük
uğurla baş tutub və həmin tədbirdə quruma sədrlik 2019-2022-ci illərdə Azərbaycana keçib.
Sonradan üzv dövlətlərin xahişi ilə ölkəmizin QH-na sədrliyi daha bir il uzadılıb. Ölkəmiz
Qoşulmama Hərəkatına böyük uğurla sədrlik etməklə onun məqsəd və məramlarının təşviq
olunmasına, funksionallığının artmasına, nüfuzunun yüksəlməsinəmühüm töhfələr verib.
İslam həmrəyliyi hazırkı zamanda çox aktual və çox vacibdir. Ərəb və qeyri-ərəb
müsəlman ölkələri ilə münasibətlərin sıxlaşması, yeni əlaqələrin qurulması həm bizə, həm də
müsəlman ölkələrinin ortaq maraqlarına töhvə verən amillərdəndir. Bu qəbildən də
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Misirə rəsmi səfəri, Misir
Prezidenti cənab Əbdülfəttah əs-Sisi ilə səmərəli görüşü və faydalı dialoqların olması,  bir sıra
sənədlərin imzalanması İslam həmrəyliyin bariz nümunəsidir.
Mahir Tarverdiyev,
Sabirabad Dövlət Sosial-İqtisad Kollecinin direktoru


09:55 11.06.2024