KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan enerji təhlükəsizliyinin təmin olunmasına birbaşa töhfələr verməkdədir

Bu gün regional və beynəlxalq təhlükəsizlik məsələlərinə mühüm töhfələr verən
Azərbaycanla enerji sahəsində tərəfdaşlıq əhəmiyyətli strateji dividendlər vəd edir və yüksək
qiymətləndirilir. Bu, onun nəticəsidir ki, Azərbaycanın praqmatik enerji siyasəti regional və
qlobal miqyasda enerji təhlükəsizliyinə xüsusi əhəmiyyət verən aparıcı dövlətlər üçün mühüm
önəm daşıyır. Digər tərəfdən, Azərbaycanın balanslaşdırılmış xarici siyasət strategiyası
regionun siyasi və iqtisadi, həmçinin enerji təhlükəsizliyinin təmin olunmasına birbaşa töhfələr
verməkdədir. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı
Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Etiraf olunmalıdır ki,
Azərbaycan Respublikası özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə
beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca
aktorlardan birinə çevrilib. Cənab Prezident İlham Əliyevin inamla həyata keçirdiyi milli
maraqlara uyğun praqmatik siyasət nəticəsində Azərbaycan qlobal əhəmiyyət kəsb edən
transmilli layihələrin mərkəzi oyunçusu kimi çıxış edir. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı
olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilmir.
1994-cü ildən etibarən Bakıda təşkil olunan Xəzər neft-qaz sərgisi də Azərbaycanın bu
nüfuzunu təsdiq edən önəmli tədbirlərdən biridir. Cari ilin 4 iyun tarixində paytaxtımızda
ənənəvi Bakı Enerji Həftəsinə start verildi. Tədbir çərçivəsində Bakı Ekspo Mərkəzində 29-cu
Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və
Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışı oldu. Tədbirin rəsmi açılış mərasimində
iştirak edən Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışında son 30 il ərzində imzalanan
bütün müqavilələrin tam həyata keçirildiyini, onların parlament səviyyəsində ratifikasiya
edildiyini və qanun şəklində imzalandığını diqqətə çatdırdı. Həmin müqavilələrin bir sözü, bir
ifadəsi belə dəyişdirilməyib. Məhz bu səbəbdən bu gün Azərbaycanda enrji sektorunun daha
bir seqmentinin, yaşıl enerji və bərpaolunan enerji resurslarının istehsalı sahəsinin sürətlə
inkişaf etdiyi müşahidə olunur.
Öz çıxışında dövlətimizin başçısı Azərbaycanın 2027-ci ilin sonunda artıq 2 qiqavat
bərpaolunan enerji istehsal edəcəyini bildirdi. Diqqətəlayiq haldır ki, bu gücün müəyyən bir
hissəsi də məhz azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrində olan nəhəng su
elektrik enerjisi potensialının reallaşdırılması hesabına əldə eiləcək. Bu məqsədlə 2020-ci ilin
noyabrında həmin bölgələr işğaldan azad olunandan sonra bu ərazilərdə artıq 270 meqavat
gücündə su elektrik stansiyaları tikilərək istismara verilib. Yaxın bir neçə il ərzində bu rəqəmin
artıq 500 meqavata çatdırılacağı gözlənilir. Yəni, 1 qiqavat bərpaolunan enerji 500 milyon
kubmetr qaza qənaət etməyə imkan verəcək. Beynəlxalq bazarların isə buna böyük ehtiyacı
var və hələ uzun müddət ərzində bu tələbat artmaqda davam edəcək.
Yusif Sətiyev,
Sabirabad RİH başçısının Muğan Gəncəli kənd İƏD üzrə nümayəndəsi


09:38 07.06.2024