KANAL24.AZ
Az Iw En Ru

Qarşılıqlı fayda Azərbaycanın enerji fəlsəfəsidir

XXI əsrin ilk illərində ölkəmizdə aparılan geniş miqyaslı islahatların daha da
 dərinləşdirilməsi, cəmiyyətimizin daha yüksək sosial-iqtisadi inkişaf pilləsinə yüksəlməsinə
şərait yaratmışdır. Ölkədə investisiya mühitinin yaxşılaşdırılmasında mühüm addımlar atılmış,
dövlət idarəçiliyi müasir meyarlara uyğun yenidən qurulmuşdur.
Hasilatı və Avropa bazarlarına çatdırılması məqsədi ilə reallaşdırılmış iri layihələr
Avropanın neft və qazla təminatında  Azərbaycanın önəmli yer tutmasına şərait yaratmışdır.
Xəzər hövzəsi regionunun dünya üçün mühüm karbohidrogen mənbəyi olması Avropanın
diqqətindən yayınmır. Qərb analitikləri qeyd edirlər ki, Xəzər hövzəsində böyük neft şirkətlərilə
ən yüksək əməkdaşlıq əlaqələri yaradan ölkə Azərbaycandır və Qərbin enerji daşıyıcılarının
istismar edilməsində Azərbaycanla əməkdaşlıq etməsi yüksək qiymətləndirilir.
Bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan böyük neft strategiyası
1994-cü ilin sentyabrında 15 dövlətdən 33 şirkətin iştirakı ilə imzalanan “Əsrin müqaviləsi”nin
reallaşması üçün labüd şərait yaratdı. Bu, Azərbaycan Respublikasının imza atdığı ilk
beynəlxalq neft anlaşması idi və ilk gündən adı, tarixi önəmi və gələcəyə hesablanmış strateji
mahiyyəti ilə müstəqillik salnaməmizdə ən layiqli yerini tutdu.
Azərbaycan hökumətinin həyata keçirdiyi siyasət nəticəsində bu gün qlobal enerji
təhlükəsizliyinin təmin olunmasında böyük layihələrə imza atılıb.
Külək, günəş, bio-yanacaq kimi bərpa olunan enerji mənbələri qlobal enerji
təhlükəsizliyinin təminatı və qlobal istiləşmənin qarşısının alınması baxımından mühüm
əhəmiyyətə malikdirlər. BƏƏ-dən olan “Masdar” şirkəti tərəfindən inşa ediləcək üç günəş və
külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasimi əlamətdar hadisədir. Bu
layihələrin başlanması Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının qazıntı
yanacağından bərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirir və qazıntı
yanacağının uzun illər ərzində təkcə bizim üçün yox, həm də tərəfdaşlarımız üçün mühüm
əhəmiyyət kəsb edəcəyini bildirir. 
Azərbaycanın Qərblə iqtisadi və strateji əməkdaşlığının möhkəmlənməsində neft-qaz
amilinin böyük rolu var. Məhz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında göstərdiyi
fəaliyyətə görə ölkəmizin Qərbdə etibarlı müttəfiq imicini yaradıb. Neft respublikamızın ən
zəngin təbii sərvətidir və onun ölkə iqtisadiyyatının inkişafında əvəzsiz rolu vardır.
Son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub. Onların hamısı
parlament tərəfindən ratifikasiya olunub və qanun şəklində imzalanıb. Orada bir söz belə
dəyişilməyib. Bu etibar onilliklər ərzində qazanılıb. Bunun nəticəsidir ki, biz bu gün
bərpaolunan enerji sahəsində növbəti sürətli inkişafın şahidiyik
Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır. Enerji təhlükəsizliyi məsələsinə
yanaşmamız ondan ibarətdir ki, enerji resursları ölkələri və xalqları ayırmalı deyil,
birləşdirməlidir. Enerji resursları rəqabət və ya toqquşmaya deyil, regional və beynəlxalq
əməkdaşlığa xidmət etməlidir. Təchizatçıların, tranzit ölkələrin və istehlakçıların maraqları üst-
üstə düşməli və daha çox proqnozlaşdırma və qarşılıqlı faydaya aparmalıdır. Bu, ölkəmizin
enerji fəlsəfəsidir.
Tural Yaqubov,
Sabirabad RİHB aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin
aparıcı məsləhətçisi


08:38 07.06.2024