Ucar rayon Qarabörk kənd tam orta məktəbinin direktor müavinindən şikayət edirlər... İDDİA
Ucar rayonu H.Əliyev küçəsi ev 42 sakini Əliyeva Məsimə Yavər qızı tərəfindən
Ucar rayon Qarabörk kənd tam orta məktəbinin direktor müavini Məkkə Məmmədova məktəbdə hegomonluq edir, şagirdlərdən pul yığır, şəhid atasını açıq-aşkar təhqqir edir, müəllimlər arasında intiriqa salır. Araqarışdıran kimi tanınan Məkkə Məmmədovanın vatsapda qrupa atdığı səslər bir daha subut edir ki, adam Azərbaycan təhsilində qarayaradır. Məkkə Məmmədovanın apardığı intiriqalara, qarayaxma kompaniyasına görə məktəbin əvvəlki direktoru Aysel Həmidova 27.05.2024-cü il tarixdə öz ərizəsi ilə işdən çıxıb. TEREF yazır ki, bunu Ucar rayonu H.Əliyev küçəsi ev 42 sakini Əliyeva Məsimə Yavər qızı bloqumuza göndərdiyi şikayət məktubunda yazıb. Vətəndaş daha sonra yazır: Sabiq direktorun Məkkə Məmmədova tərəfindən şantaj edilməsinə dair səs yazısı bu yaxınlarda aşkar edilsədə ona qaşın üstə gözün var deyən olmadı.
Həttda həmin səs yazısında Məkkə Məmmədova məktəbin təsərrüfatında işləyən vətən müharibəsi şəhidi Hikmət İbrahimovun atası Zaur İbrahimovu təhqqir etməsi müəyyən edildi.O səs yazısında Şəhid atası Zaur İbrahimov barədə gədə, içki düşgünü, ona şəhid atası adı haram olsun kimi təhqqiramiz ifadələr işlədir. Şagirdlərdən tort, süpürgə, ad günü tədbir adı ilə pullar yığır. Həttda utanmadan bu barədə vatsap qrupuna göndərir. Məkkə müəllimə səs yazısında etiraf edir ki, Mərkəzi Aran Regional Təhsil İdarəsinin inzibati Təşkilat sektorunun əməkdaşı Afət Abdullayeva mənim adamımdır bizim iş birliyimiz var.Məkkə Məmmədova işbirliyində olan Afət Abdullayeva ilə əlbir olub sabiq direktor Aysel Həmidovanı şanta edib onun barəsində kompramatlar hazırlayıblar. Səs yazısında özüdə etiraf edir ki, əslində məndə işdən çıxmalı idim Afət müəllimə düzüb-qoşdu deyə mən işimdə qaldım.
22 may 2024-cü il tarixdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin iki əməkdaşı məktəbdə olub araşdırma aparıblar və müəyyən olunub ki, bu il keçirilən prezident seçkiləri ilə əlaqədar komissiya üzü olan Mehbarə İsayeva məktəbin təşkilatçı müavini Validə Əliyevanın təkidi ilə dərslər keçib aldığı 700 manatı yarı bölüblər. Qanuna əsasən seçki komissiyasının üzvü olan müəllim dərs keçə bilməz. Aparılan yoxlama zamanı bu fakt təsdiq olunub akt tərtib edildi.Ancaq heç bir tədbir görülməyib əksinə məktəbin direktoru vəzifəsi 30 may 2024-cü il tarixdə Mehbarə İsayevaya həvalə edilib.Buda onu subut edir ki, Mərkəzi Aran Regional Təhsil İdarəsində korrupsiya tüğyan edir. Azərbaycan təhsilinə ləkə olan Məkkə Məmmədovanın fəaliyyəti yoxlanılamlı və barəsində tədbir görülməlidir.Əks təqdirdə belə bir yaramaz müəllimin həmin məktəbdə qalmasından müəllimlər, şagirdlər və valideyinlər çox əziyyət çəkəcəklər. TEREF olaraq Ucar rayon Qarabörk kənd tam orta məktəbi ilə əlaqə saxladıq. Lakin zənglərimizə cavab verən olmadı. Lakin yenədə şikayətdə adları çəkilən şəxslərində mövqeyini dərc etməyə hazırıq! TEREF