Aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya səfəri zamanı Berlin
şəhərində təşkil edilmiş “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində
iştirak edib. Tədbirdə bir sıra ölkələrin rəhbərləri iştirak edib və toplantı çərçivəsində yaşıl
enerji, qlobal iqlim dəyişikləri ilə bağlı mühüm məsələlər müzakirə edilib.
Prezident İlham Əliyev toplantı zamanı həm də “Euronews” telekanalına müsahibə
verib. Müsahibə zamanı cənab Prezident noyabr ayında Bakıda keçiriləcək COP29 tədbirinin
təşkili ilə bağlı məsələlərə toxunub. Qeyd edilib ki, ölkəmiz bu toplantıda bütün tərəflərin
özlərini rahat hiss etdiyi bir mühit yaratmaq istəyir. Azərbaycanın Qoşulmama Hərəkatında
körpü rolunu oynamaqda böyük təcrübəsi vardır. Ölkəmiz dörd il ərzində BMT-dan sonra üzv
sayına görə ikinci olan bu təşkilata sədrlik edib və bu müddət ərzində böyük tərəqqiyə nail
olub. Bu gün Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrlə də fəal işləyir və əlaqələri
genişləndirir. Artıq İttifaqa üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında
Bəyannaməni imzalanaraq qəbul edilib.
Qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün bu
prosesdə birlikdə və yaxından iştirak edilməli, həmrəylik, ortaq məsuliyyət gücləndirilməli və
iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlıq azaldılmalıdır. Bu istiqamətdə fərqli
ideyalar və fikirlər mövcuddur, onların müzakirəsi vacibdir. Prezident İlham Əliyev bildirib ki,
“hər bir ölkə maliyyə imkanlarından və gündəmindən asılı olaraq üzərinə düşən vəzifəni
yerinə yetirməlidir”.
Müsahibədə qeyd edilib ki, ötən il BƏƏ-də keçirilən COP28-də qazıntı yanacağı
ideyası üstünlük təşkil edirdi. Bununla bağlı cənab Prezident bildirib ki, “Biz məhz buna nail
olmağa çalışırıq. Konfransda verdiyim mesajlardan biri də o idi ki, bizi malik olduqlarımıza
görə mühakimə etməyin. Bizi onlardan necə istifadə etdiyimizə, gündəmimizə görə mühakimə
edin. Avropadakı, Qoşulmama Hərəkatındakı iştirakımızla bağlı dediklərimdən əlavə,
həmçinin bir məsələni da anlamaq vacibdir ki, biz həm də OPEC+ üzv ölkəsiyik. Biz COP-dan
əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər
ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil
edən ölkələrlə işləyirik. Hesab edirəm ki, neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti
yüksək olanda problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə
verməlidir. Hesab edirəm ki, həmrəylik maliyyələşmənin ayrılmaz hissəsidir və biz necə uğur
qazanacağıq”.
Prezident İlham Əliyev müsahibəsində qeyd edib ki: “Əgər yaşıl dünyaya doğru əlavə
və davamlı olan konkret addımlar ata bilsək, bu, ən vacib miras olacaq. Eyni zamanda,
bildiyiniz kimi COP üçün yenilik olan bir təşəbbüs bizim tərəfimizdən irəli sürülmüşdür. Üçlük,
üç ölkə mexanizminin yaradılması. Burada məqsəd bu üçtərəfli əməkdaşlıq formatını
yaratmaq üçün BƏƏ-nin, Azərbaycanın və sonra Braziliyanın təcrübəsindən istifadə
etməkdir”.
Vurğulanıb ki, hər üç ölkə müxtəlif regional, iqtisadi, siyasi və sair məsələlərdə iştirak
edir. Bu gün bir sıra hallarda nefti olmayan ölkələr nefti olan ölkələri ittiham edirlər və bu
yolverilməzdir. Hamı qarşılıqlı səylər və həmrəylik göstərməli, bir-birini günahlandırmağı
dayandırmalıdır. Eyni zamanda, kiçik və inkişaf etməkdə olan ölkələr inkişaf etmiş böyük
ölkələrə “siz iqlim fəlakətinə görə məsuliyyət daşıyırsınız” deməklə onlara qarşı tələblər irəli
sürməməlidirlər.
Bəli, bu gün Azərbaycanda görülən işlərin yüksək olması, insanların həyat tərzinin
keçmişlə müqayisədə yüksəlməsi neft və qaz layihələrinin həyata keçirilməsilə bağlıdır. Eləcə
də Azərbaycan bərpaolunan enerji, ətraf mühitin qorunması, ümumiyyətlə, ekologiyanın
sağlamlaşdırılması yolunda mühüm layihələr həyata keçirir. Bu, layihələr yalnız sənədlər
üzərində deyil, real olaraq da bu sahədə önəmli tədbirlər görülür.
Zaman Balakişiyev,
Sabirabad rayonu Dadaşbəyli kəndi, gənc fermer