KANAL24.AZ
Az Iw En Ru

“Euronews” telekanalına müsahibənin mühüm məqamları

Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib
ölkələrdən birinə çevrilib. Məhz buna görə enerji məsələləri ilə bağlı mühüm əhəmiyyətli
beynəlxalq tədbirlərin Bakıda keçirilməsi artıq ənənə halını alıb. Eyni zamanda Dövlətimizin
başçısı cənab İlham Əliyev də dünyanın aparıcı dövlətlərində keçirilən və iqlim məsələlərinə
həsr edilən toplantılara dəvət edilir. Belə tədbirlərdən biri də aprelin 26-da Almaniyanın
paytaxtı Berlində keçirilən 15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmenti
olmuşdur. Prezident İlham Əliyev butədbirdə iştirakı zamanı “Euronews” telekanalına da
müsahibə verib.
Tədbir zamanı Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibədə
toxunduğu məsələlər beynəlxalq ictimaiyyətdə böyük maraq doğurub. Dövlət  başçısı bu il
noyabr ayında Bakıda keçiriləcək COP29 tədbirinin yüksək səviyyədə keçirilməsi ilə bağlı
işlərin aparıldığını bildirib. Qeyd edib ki, “Hər bir ölkə maliyyə imkanlarından və gündəmindən
asılı olaraq üzərinə düşən vəzifəni yerinə yetirməlidir”. Ölkəmiz tədbir zamanı bütün tərəflərin
özlərini rahat hiss etdiyi bir mühit yaratmaq istəyir. Bununla əlaqədar Azərbaycanın kifayət
qədər təcrübəsi vardır və körpü rolunu oynaya bilər. Belə ki, Azərbaycan dörd il ərzində BMT-
dan sonra ikinci böyük təsisat olan Qoşulmama Hərəkatına rəhbərlik edib və təşkilatın üzvü
olan 120 dövlətlə birlikdə həqiqi mənada böyük tərəqqiyə nail olub. Cənab Prezident
müsahibəsində bildirib ki: “Bu gün konfransda dediyim kimi üzv ölkələrin doqquzu ilə strateji
tərəfdaşlıq haqqında Bəyannaməni imzalamışıq və qəbul etmişik. Digər sözlə, Qlobal Cənub
və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə
iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi
məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq? Çünki siz fərqli ideyaları, fərqli
fikirləri bilirsiniz”.
Müsahibədə qeyd edilib ki, ötən il BƏƏ-də keçirilən COP28-də qazıntı yanacağı
ideyası üstünlük təşkil edirdi. Bununla bağlı cənab Prezident bildirib ki, “Biz məhz buna nail
olmağa çalışırıq. Konfransda verdiyim mesajlardan biri də o idi ki, bizi malik olduqlarımıza
görə mühakimə etməyin. Bizi onlardan necə istifadə etdiyimizə, gündəmimizə görə mühakimə
edin. Avropadakı, Qoşulmama Hərəkatındakı iştirakımızla bağlı dediklərimdən əlavə,
həmçinin bir məsələni da anlamaq vacibdir ki, biz həm də OPEC+ üzv ölkəsiyik. Biz COP-dan
əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər
ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil
edən ölkələrlə işləyirik. Hesab edirəm ki, neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti
yüksək olanda problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə
verməlidir. Hesab edirəm ki, həmrəylik maliyyələşmənin ayrılmaz hissəsidir və biz necə uğur
qazanacağıq”.
Cənab Prezient məsələ ilə bağlı öz mövqeyini bir daha nümayiş etdirərək deyib ki, neft
hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda problemin öhdəsindən gəlmək üçün
daha çox ödəniş etməli və daha çox töhfə verməlidir. Həmrəyliyin maliyyələşmənin ayrılmaz
hissəsi olduğunu hesab etdiyini bildirib.
Tural Hüseynzadə,
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatınn əməkdaşı


08:51 25.05.2024