Dövlətimizin başçısı İlham Əliyevin hər bir çıxışı Azərbaycanın keçdiyi inkişaf yolunun
və onların fonunda qarşıda dayanan hədəflərin təqdimatıdır. Bu il aprel ayının 26-da ölkə
başçısı Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək
Səviyyəli Seqmentində iştirak edib. Gələcək nəsillər üçün mühüm problem ola biləcək iqlim
dəyişiklikləri və mövcud cətinliklərin aradan qaldırılması yollarının müzakirə edildiyi bu
mötəbər tədbir zamanı Prezident İlham Əliyev həm də dünyanın aparıcı tele kanallarından
olan “Euronews” telekanalına müsahibə verib.
Azərbaycan təbii qazın çıxarılması, istifadəsi ilə bir vaxtda alternativ enerjiyə böyük
önəm verir. Bu sahənin inkişafını, yaşıl enerji kimi vacib məqamlar dövlət siyasətimizin
gündəliyində xüsusi yer tutur. Bərpaolunan enerjiyə xüsusi diqqət ayrılır, alternativ enerji
mənbələri təsis olunur.
Dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən 2024-cü ilin ölkəmizdə “Yaşıl
dünya naminə həmrəylik ili” elan olunması həm də yaşıl enerji kimi mühüm məsələyə verilən
diqqətin təzahürüdür. Dünyada çox azsaylı ölkə var ki, həm enerji resursları ilə əlaqədar
qazıntı işləri aparsın, paralel olaraq da yaşıl enerji kimi vacib məsələni ön planda saxlasın.
Prezident İlham Əliyev aprelin 26-da “Euronews” televiziyasına verdiyi müsahibə
zamanı hamını narahat edən iqlim problemlərinə həsr edilən və bu ilin noyabr ayında Bakı
şəhərində keçirilməsi nəzərdə tutulan COP29 tədbirinin keçirilməsi məsələsinə diqqət çəkərək
bildirdi ki, “Biz bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaratmaq istəyirik. Bizim
Qoşulmama Hərəkatında körpü rolunu oynamaqda böyük təcrübəmiz var. Bildiyiniz kimi,
Hərəkata dörd il sədrlik etdik. Hesab edirəm ki, 120 üzv ölkə ilə biz həqiqətən də böyük
tərəqqiyə nail olduq. Biz Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyirik. Bu gün konfransda
dediyim kimi üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannaməni imzalamışıq
və qəbul etmişik”.
Qeyd edilib ki, ötən il BƏƏ-də keçirilən COP28-də qazıntı yanacağı ideyası üstünlük
təşkil edib. Müxbirin cənab Prezidentə sualı COP tarixində qazıntı yanacağı hasil edən
ölkənin dəyişikliklərin edilməsi və keçid prosesində aparıcı rola malik olması müsbət hadisə
olaraq qiymətləndirilirmi olmuşdur.
Sualı ətraflı cavablandıran Prezident İlham Əliyev qeyd edib ki, ölkəməz məhz buna
nail olmağa çalışır. “Konfransda verdiyim mesajlardan biri də o idi ki, bizi malik olduqlarımıza
görə mühakimə etməyin. Bizi onlardan necə istifadə etdiyimizə, gündəmimizə görə mühakimə
edin. Avropadakı, Qoşulmama Hərəkatındakı iştirakımızla bağlı dediklərimdən əlavə,
həmçinin bir məsələni da anlamaq vacibdir ki, biz həm də OPEC+ üzv ölkəsiyik. Biz COP-dan
əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər
ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil
edən ölkələrlə işləyirik. Hesab edirəm ki, neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti
yüksək olanda problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə
verməlidir. Hesab edirəm ki, həmrəylik maliyyələşmənin ayrılmaz hissəsidir və biz necə uğur
qazanacağıq”.
Dövlət başçısı öz müsahibəsində vurğulayıb ki, “hər bir ölkə maliyyə imkanlarından və
gündəmindən asılı olaraq üzərinə düşən vəzifəni yerinə yetirməlidir”.
Rüfər Şahəliyev,
Sabirabad rayon sakini, fəal gənc