KANAL24.AZ
Az Iw En Ru

Yaşıl dünyaya doğru atılan konkret addımlar ən vacib miras olacaq

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniyanın
paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli
Seqmentində iştirak edib. Bu mötəbər tədbirdə iştirakı zamanı ölkə başçısı “Euronews”
telekanalına müsahibə verib.
Avropa məkanında çox böyük maraqla qarşılanan bu müsahibədə ölkə başçısı bir
neçə mühüm əhəmiyətli məqama, xüsusi olaraq COP29-a hazırlıqla başlı işlərə aydınlıq
gətirib. Qeyd edilib ki, ölkəmiz bu toplantıda bütün tərəflərin özlərini rahat hiss etdiyi bir
mühit yaratmaq istəyir. Azərbaycanın Qoşulmama Hərəkatında körpü rolunu oynamaqda
böyük təcrübəsi vardır. Ölkəmiz dörd il ərzində BMT-dan sonra üzv sayına görə ikinci olan
bu təşkilata sədrlik edib və bu müddət ərzində böyük tərəqqiyə nail olub. Bu gün
Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrlə də fəal işləyir və əlaqələri genişləndirir. Artıq
İttifaqa üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannaməni imzalanaraq
qəbul edilib.
Qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün bu
prosesdə birlikdə və yaxından iştirak edilməli, həmrəylik, ortaq məsuliyyət gücləndirilməli və
iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlıq azaldılmalıdır. Bu istiqamətdə fərqli
ideyalar və fikirlər mövcuddur, onların müzakirəsi vacibdir. Prezident İlham Əliyev bildirib ki,
“hər bir ölkə maliyyə imkanlarından və gündəmindən asılı olaraq üzərinə düşən vəzifəni
yerinə yetirməlidir”.
Müsahibədə qeyd edilib ki, ötən il BƏƏ-də keçirilən COP28-də qazıntı yanacağı
ideyası üstünlük təşkil edirdi. Bununla bağlı cənab Prezident bildirib ki, “Biz məhz buna nail
olmağa çalışırıq. Konfransda verdiyim mesajlardan biri də o idi ki, bizi malik olduqlarımıza
görə mühakimə etməyin. Bizi onlardan necə istifadə etdiyimizə, gündəmimizə görə
mühakimə edin. Avropadakı, Qoşulmama Hərəkatındakı iştirakımızla bağlı dediklərimdən
əlavə, həmçinin bir məsələni da anlamaq vacibdir ki, biz həm də OPEC+ üzv ölkəsiyik. Biz
COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən
digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox
neft hasil edən ölkələrlə işləyirik. Hesab edirəm ki, neft hasil edən ölkələr, xüsusilə neftin
qiyməti yüksək olanda problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha
çox töhfə verməlidir. Hesab edirəm ki, həmrəylik maliyyələşmənin ayrılmaz hissəsidir və biz
necə uğur qazanacağıq”.
Prezident İlham Əliyev müsahibəsində qeyd edib ki: “Əgər yaşıl dünyaya doğru əlavə
və davamlı olan konkret addımlar ata bilsək, bu, ən vacib miras olacaq. Eyni zamanda,
bildiyiniz kimi COP üçün yenilik olan bir təşəbbüs bizim tərəfimizdən irəli sürülmüşdür.
Üçlük, üç ölkə mexanizminin yaradılması. Burada məqsəd bu üçtərəfli əməkdaşlıq formatını
yaratmaq üçün BƏƏ-nin, Azərbaycanın və sonra Braziliyanın təcrübəsindən istifadə
etməkdir”.
Vurğulanıb ki, hər üç ölkə müxtəlif regional, iqtisadi, siyasi və sair məsələlərdə iştirak
edir. Bu gün bir sıra hallarda nefti olmayan ölkələr nefti olan ölkələri ittiham edirlər və bu
yolverilməzdir. Hamı qarşılıqlı səylər və həmrəylik göstərməli, bir-birini günahlandırmağı
dayandırmalıdır. Eyni zamanda, kiçik və inkişaf etməkdə olan ölkələr inkişaf etmiş böyük
ölkələrə “siz iqlim fəlakətinə görə məsuliyyət daşıyırsınız” deməklə onlara qarşı tələblər irəli
sürməməlidirlər. Prezident İlham Əliyevin müsahibədə qeyd etdiyi kimi “Beləliklə, bu,
diplomatiyadır, siyasətdir, maliyyədir və əlbəttə ki, ev sahibi ölkəsi kimi biz bunun üçün bir
platforma yarada bilərik”.
Nail Xanməmmədov,
Sabirabad rayonu Ulacalı kənd tam orta məktəbinin direktoru


18:49 24.05.2024