KANAL24.AZ
Az Iw En Ru

“Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir

“Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi
tarixi hadisədir. Çünki hər iki hidroqovşağın inşası uzun tarixi mübarizənin və gərgin əməyin
nəticəsidir. Sirr deyil ki, tarixi 70 il öncəyə qədər gedib çıxan bu layihəyə, hidroqovşaqların
inşasına qarşı anti-Azərbaycan dairələrinin, xüsusilə də radikal müxalifətin məkirli oyunları,
çirkin kampaniyaları aparılsa da, iflasa uğrayıblar. Məhz, Azərbaycan və İran hakimiyyətlərinin
iradələri nəticəsində bu mühüm layihələr həyata vəsiqə qazanıb”.
Araz çayının su ehtiyatlarından səmərəli istifadə olunmaqla elektrik enerjisinin istehsalı
və əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına xidmət edəcək “Xudafərin” və “Qız
Qalası” hidroqovşaqları uzun illər hər iki xalqın və dövlətin maraqlarına xidmət göstərəcək:
“Hazırda “Xudafərin” su anbarında 503 milyon kubmetr, “Qız Qalası” su anbarında isə 42
milyon kubmetr su yığılıb ki, bu da ümumi tutumun 40 və 85 faizini təşkil edir. Su tutumu 1,6
milyard kubmetr olan “Xudafərin” və 56,75 milyon kubmetr su tutumuna malik “Qız Qalası”
hidroqovşaqları, həmçinin hər bir tərəf üçün ümumi qoyuluş gücü 140 MVt olan “Xudafərin” və
“Qız Qalası” su elektrik stansiyaları paritet əsasda ölkələrimizin maraqlarına xidmət etməklə
Azərbaycan-İran təcrübəsində transsərhəd sulardan istifadənin örnəkləri olacaq. Bu layihə
təkcə Azərbaycana mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması
və 12 min hektar yeni əkin sahələrinin suvarılması, illik 358 milyon kilovat-saat elektrik enerjisi
istehsalı, 80 milyon kubmetr qaza qənaət imkanı yaradacaq.
“Xudafərin” və “Qız Qalası” Şərqi Zəngəzurun “yaşıl enerji zonası” kimi inkişafının
mühüm elementlərindən olmaqla bərabər, regional əməkdaşlıq əlaqələrinə də təkan verəcək.
Eyni zamanda, stansiyaların qoşulacağı “Cəbrayıl” enerji qovşağı ilə Şərqi Zəngəzur və
Naxçıvan bölgələri arasında yeni enerji bağlantısına xidmət edəcək. Beləliklə də, “Xudafərin”
və “Qız Qalası” Azərbaycan və İran üçün ekoloji, enerji, iqtisadi əhəmiyyət daşıyan
infrastruktur layihələri olmaqla bərabər, bölgədə inkişafa, təhlükəsizliyə, dostluğa xidmət edən
uzunmüddətli əməkdaşlıq körpüsüdür”.
Əvəz Məmmədov,
Sabirabad rayonu Qaragüney kənd yaradıcılıq evinin direktoru


23:14 21.05.2024