17 may 2024-cü il tarixdə GDU-nun nəzdində Regional Kollecdə “Məzun günü” qeyd edilib.
Əvvəlcə Şəhidlərin əziz xatirəsi yad edilib, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.Tədbiri açan Kollecin direktoru dossent İlqar Kubışov məzunları və onların valideynlərini bu əlamətdar gün münasibətilə təbrik edib, gənclərə gələcək həyatlarında uğurlar arzulayıb, onların müstəqil ölkəmizin hərtərəfli inkişafına layiqli töhfə verəcəklərinə əminliyini söyləyib.Sonra təhsildə, ictimai həyatda fərqlənən məzunlara fəxri fərmanlar təqdim olunub.
Tədbir tələbələrin, gənc müğənnilərin və tanınmış incəsənət ustalarının hazırladıqları konsert proqramı ilə davam edib.