Xırdalan şəhər 9 nömrəli tam orta məktəb əsarətdədir. Beləki bu əsarət tək müəllim kollektivini məcbur tərəifə yönəltməkdən deyil, həmçinin valideyn və şagirdlərə qarşı şiddətində varlığının maddi subutları ilə təqdim edirik. Məktəb Kolumbiada cəmiyyət qruplaşmaların xatırladır.
Qeyd edək ki, Direktor münasibətdə olduğu bir sıra “jurnalist”lərin əli ilə özünə təriflər yağdırır. Bu məqaləni yazan yazar hələ də müsahibin dediklərinin hər birini subutlarla təqdim etmək əvəzinə başqa sertifikat və dəlilərə söykənir. Şifahi deyimlər hələ kiminsə Məryəm ana obrazında göstərilməsinə əsas vermir.
Müsahibə zamanı Həcər İbrahimova guya qeyd edir ki, “2010-cu ildə Təhsil Nazirliyində keçirilən imtahandan maksimum 30 baldan 26 bal toplayaraq Xırdalan şəhəri 9 nömrəli tam orta məktəbin direktoru kimi fəaliyyətə başlamışam”. Həcər İbrahimovanın bu müsahibəsi təhsildən uzaq adamlara çox xoş təəssürat bağışlaya bilər yalnız. Hər gün biz media mənsublarının direktorların özləri ilə bağlı pafoslu təriflər etdirmələrinə rast gəldiyimizdən bunlar heçdə təcüb doğuracaq müsahibə deyil. 14 illik direktor fəaliyyəti olan Həcər İbrahimovanın nöqsanlı iş fəaliyyəti ilə vəzifədən uzaqlaşdırılan İcra başçısı İradə Gülməmmədovanın verdiyi diplomdan başqa tutarlı heç bir sənətə sahib olmayıb. Axı təhsildə nəyin necə 2010-cu ildə baş verdiyini bilmiyən vətəndaşlarımızda çoxdur. Amma biz bu müsahibəyə birazda başqa istiqamətdən yanaşaq. H.İbrahimova məhs direktor fəaliyyətinə necə gəldiyin deyir lakin maddi subutu olan imtahan nəticəsi təqdim edilmir. İşin ilk hissəsində müsahib dəlilsiz subutsuz pafoslu çıxışlarına davam edir. H.İbrahimovanın 30 ballıq sistemdə 26 bal toplaması reallığı əks etdirməyən dezinformasiya olduğunu hesab edirik. Belə ki, direktorun verdiyi informasiya kimi dərc edilən məqalə həmin imtahan nəticəsinin təqdim edilməməsi ilə yalan olması ifşa edildiyin hesab edirik.
Həcər İbrahimova jurnalist həmkarımıza verdiyi müsahibəsini tam təhlil etməyimizin vacibliyinə birdə toxunaraq. Yenə Həcər İbrahimovanın verdiyi müsahibənin sətirlərindən nümunəyə nəzər salaq. (Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevdən bir sitat gətirmək istəyirəm. Ulu Öndər deyirdi ki: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.) Bu sətirlərdə özünü Ulu Öndərin fikirləri ilə xarakterizə etməyə cəhd edən müəllim iki aydır baş vermiş məktəbdəki olaydan bir qızın gələcəyini puç etmiş hətta bununla qalmayaraq başqa məktəblərdə oxumasınada ciddi maneələr yaratmışdır. Qısa zaman kəsiyində yəni 08.05.2024-cü il tarixində həmin Zəhra adlı qızın kiçin bacısı 4 sinif şagirdinə qarşı müavini Nigar Səlimxanovanın etdiyi vəhşilik valideyni heyrətlər içində qoyub.
Hansı gəncliyi görmək istəyirsiz Həcər İbrahimova sizin və müavinizin prinslərinizə qurban verdiyiniz gələcək nəsili siz nə kimi təsəvür edirsiz öz təxəyülünüzdə? Bilməyənlər üçün yenidən xatırlatma edək ki, 9 saylı Xırdalan məktəbi avropanın bambeyi kimi tanınır. Bütün kriminal hadisələri və əxlaq normalarına zidd olayları, o cümlədən qanun pozuntuları müəllimlik statusuna layiq olmayan müəllimlərin varlığı məktəbdə hərcmərcliyin tüğyan etməsinə gətirib çıxaran amildir. Onuda qeyd edək ki, müsahibənin əksər hissələri jurnalistin beyninin məhsulundan ibarətdir. Yəni təhsildən başqa hər şeyin olduğu məktəbdə qeyd edilən naliyyətlər artıqdır. Təmiz Abşeron idarəsinin sertifikatı və ya şagirdin özünün valideynin maddiyatı hesabına əldə etdiyi naliyyətləri özünə naliyyət hesab edən direktora nə deyəsən sözün bitdiyi yerdəyik demək yəqin yerinə düşər.
Digər tərəfdən özündən əvvəlki direktora savadsız fəaliyyətində qüsurlu olması kimi damğanı vurmaqdan çəkinməyən məktəb direktoru ilə üz-üzəyik. 38% nəticəsi olan məktəbin nəticəsini 86%-ə qaldırdığın iddia edir. Xanım direktor İbrahimova qeyd edim ki sizin məktəbinizin İngilis dili müəlliməsi hansı ki, Abşeron-Xızı regional təhsil idarəsinin inzibati binasında etirafı var. Gedin kameraları açdırıb yaxşıca qulaq asın. Məktəbinizin müəlliməsi etiraf edir ki, Məktəbimizin şagirdləri repitetorlar sayəsində hər biri ali məktəb qazanıb. Hətta o repitetorların hesabına avropada oxumaq imkanlarına sahib olublar. O zaman sizin bu verdiyiniz müsahibənizdə qeydləriniz tamamilə yalandır axı! Bu qədər müsahibənizdə nöqsanlara yol verməyin yəqin deyəcəksiz günahkarıda məhs yazan jurnalistdədir? Siz səhvlərinizi dedikdə onlardan nəticə çıxarmaq əvəzinə ətrafa hədə-qorxu gəlməklə cəmiyyətə meydan oxuduğunuzu zənd edirsiz? O tərəqi medaları əməkdar müəllim adlarıda harda kimlər tərəfindən verildiyinə dair isə yenə öz imtahan nəticənizi təqdim etmədiyiniz kimi onlarında subutların təqdim etməmisiz. Jurnalsit isə göründüyü qədər onları tələb etməkdə “unutqanlıq” edib.
Direktora verilən sonuncu sualın cavabı sanki bu artıq sualdır amma xala-xətrin qalmasın deyə başqalarının adından gəl mən cavab verim obrazı yaradır. Çünki verilən sualla cavab arasında ziddiyyət var. Bir şəxski Sevgi ilə yüksək nəticə əldə etdiyini vurğulayan Həcər İbrahimova heçdə o sevgini cəmiyyətin görəcəyi tərzdə göstərə bilməyib. Hansı valideyni dindirirsən direktor və müavinlərdən şikayətçidir. O zaman burda sevgi hardadır. Rüşvətin və şiddətin tüğyan etdiyi məktəbdə müəllimlərin adından direktor onların ona böyük rəğbət hörmət etdiyin vurğulayır. Ona görəmi qısa zaman kəsiyində müəllimlər arasında yaranan insidentdə qanuni addım atdınız? Budurmu ədalətli yanaşma! Ona görəmi 8-ci sinif şagirdini and içərək mən burda olduğum müddətcə o qız bu məktəbə girib təhsil almayacaq ifadələrin işlədirsiniz? Axı sizə bu “DİKTATOR”luq səlahiyyətlərini Emin Əmrullayev verib? Bu günə qədər himayəsini sizdən əskik etməyən Eşqin Bağırov sizin bu əməllərinizə haqmı qazandırır?
Sonda isə həmkarımıza bir müsahibə zamanı yetərli dəlillərə söykənməyin vacibliyini xatırlatmağı özümüzə borc bilirik. Jurnalist peşəsi ağır məsuliyyətli peşədir. Hansısa körpə balanın bədbəxtliyi üzərinə kimlərinsə olmadığı şəxs obrazında təqdim edilməsi bizlərə yaraşmaz. Bu nüanslara daim diqqətlə yanaşın əziz həmkarlarım.(Bakunews)