KANAL24.AZ
Az Iw En Ru

"Camuətül Mustafa" - Universitet yoxsa terror təşkilatları üçün sosial resurs?

Kanal24online xəbər verir ki, İranda dini təhsil alan tələbələr vasitəsilə beynəlxalq səviyyədə tanınan 《Fatimiyyun》 və 《 Zeynəbiyyun》 silahlı briqadalarının və digər terror təşkilatlarının sosial bazalarını genişləndirilməsi və həmin təşkilatlara ideoloji dəstək verməsi, həmçinin 《 SEPAH》 《Qüds Qüvvələri》nin qərargahı kimi istifadə olunması, o cümlədən din pərdəsi altında İranın nüfuz dairəsinin ekspansiyasını həyata keçirməsi səbəbindən 2020- ci ildə Amerika Birləşmiş Ştatları və 2022-ci ildə Kanada dövləti tərəfindən İranın Qum şəhərində fəaliyyət göstərən 《 Beynəlxalq Əl- Mustafa 》 universiteti 《güclü kateqoriya》lı sanksiyalar siyahısına əlavə edilmişdir.
《Beynəlxalq Əl - Mustafa》 universitetində təhsil alan azərbaycanlı tələbələrin 《 SEPAH》ın təsiri altına düşərək İranda Suriyada qanunsuz hərbi təlimlərə və silahlı münaqişələrdə iştirak etmələri, ayrı-ayrı terror fəaliyyətlərinə cəlb olunmaları, eləcə də din pərdəsi altında AR-ə qarşı dini ideoloji təxribatın aparılması və ölkəmizdə konstitusiya quruluşunun zorla dəyişdirilərək teokratik idarəetmə rejimi ilə əvəz olunmalarına çalışmaları hüquq - mühafizə orqanları tərəfindən təsbit edilmişdir.


14:34 06.05.2024