KANAL24.AZ
Az Iw En Ru

“Nizami rayon İcra Hakimiyyəti nəyə baxır, hara baxır?!” – ETİRAZ

Bakı şəhəri,Nizami rayonu, Tofiq Abbasov küçəsində MTK-nın gecə saatlarında apardığı söküntü işləri sakinlərin narazılığına səbəb olub.

Bu barədə Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu məlumat verib.

“Burada hansısa MTK ərazi alıb, bina inşa edəcək. Kiminsə və ya kimlərinsə pul qazanması vətəndaşlarımızın istirahətindən üstün deyil. Gecənin bu saatında, hamının istirahət etdiyi, yatdığı bir zamanda söküntü işləri aparmaq nə deməkdir?! Kimsə pul qazanacaq deyə vətəndaşlarımız şəxsi mənzillərində rahat istirahət etməməlidirmi?! Bunun uşağı var, xəstəsi var… İnsanları bu qədər heçə saymağa nə ad vermək olar?! Nizami rayon İcra Hakimiyyəti nəyə baxır, hara baxır?! Buradan mənə ünvanlanmış vətəndaş müraciətlərini nəzərə alaraq, aidiyyatı dövlət qurumlarına səslənirəm: Tədbir görün! Sabah 100-200 vətəndaş çıxıb yol bağlayanda, etiraz edəndə, aksiya keçirəndə kimlərə xoş olacaq? Yalnız dövlətimizin düşmənlərinə xoş ola bilər!Hesab edirəm ki, vətəndaşlarımızda süni narazılıq yaradıb da ölkə rəhbərliyinə qarşı yönəltməklə yerli icra hakimiyyətinin rəhbərliyi kimlərə xidmət edir? Bunlar araşdırma mövzusu olmalıdır. Heç bir iş vətəndaşın huzurundan önəmli deyil”, – o qeyd edib.

 


13:33 29.04.2024