Azərbaycanın xarici siyasətində türk dövlətləriilə əməkdaşlıq prioritet istiqamətlərdən
birini təşkiledir, Azərbaycan Türk Dövlətləri Təşkilatınınfəaliyyətinin daha da güclənməsi üçün
davamlıaddımlar atır. Bu baxımdan Qırğızıstanla daAzərbaycan arasında qarşılıqlı anlaşma
mühitimövcuddur.
Azərbaycan və qırğız xalqları arasında tarixənənənəvi dostluq və qardaşlıq əlaqələri
mövcudolub. İki ölkənin möhkəm təməllər üzərindəqurulan münasibətləri yüksələn xətlə inkişaf
edir.Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyir.
Ötən dövr ərzində bu iki dost və qardaş dövlət və onların təmsilçiləri BMT, ATƏT, İslam
Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO, Şanxay təşkilatı çərçivəsində həmişə bir-
birini dəstəkləyib. Azərbaycanın Qoşulmama Hərəkatındakı sədrlik müddətinin uzadılmasında
Qırğızıstanın bir mənalı olaraq açıq dəstək verməsi də məhz bu məntiqə əsaslanır.
Azərbaycanla Qırğızıstan arasındakı uğurlu dövlətçilik münasibətlərinin əsası məhz
Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanla Qırğızıstan arasında
diplomatik münasibətlər 1993-cü ildə qurulub. Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə
fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir.
Qeyd etmək lazımdır ki, 2022-ci ilin oktyabrında Prezident İlham Əliyev Qırğızıstana ilk
dövlət səfərini etdi. Səfər zamanı iki ölkə arasında bir sıra sənədlər, o cümlədən Müştərək İnkişaf
Fondunun yaradılması ilə bağlı Saziş imzalandı. Dövlətimizin başçısı, həmçinin Qırğızıstan-
Azərbaycan Dostluq Parkının, Heydər Əliyev adına 20 saylı “Məktəb-Gimnaziya Təhsil-Tərbiyə
Kompleksi” ümumtəhsil müəssisəsinin, Nizami Gəncəvi adına 103 saylı orta təhsil məktəbinin
açılış mərasimlərində iştirak etdi.
Aprelin 24-25-də Qırğızıstan RespublikasınınPrezidenti Sadır Japarovun ölkəmizə rəsmi
səfəriəlaqələrin daha da inkişafına öz təsirinigöstərəcəkdir. Səfər çərçivəsində ikitərəfli qarşılıqlı
fəaliyyət üzrə bir çox məsələləri müzakirə edilib. İnvestisiya sahəsində əməkdaşlığın perspektiv
məsələləri – müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
Həmin gün hər iki dövlət başçılarının tətbətək görüşü, sonra iştirakı ilə Azərbaycan və
Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib. İclasdan sonra Azərbaycan-Qırğızıstan
sənədlərinin imzalanması mərasimi olub və dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər.
Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyasının mövcud
olduğunu bildirən Prezident İlham Əliyevvurğulayıb ki, biz iqtisadi-ticari sahədə fəal əməkdaşlıq
edirik: “Hələ ki, mütləq rəqəmlər çox böyük olmasa da, amma potensialın artması tendensiyası
mövcuddur”. Dövlət başçısının sözlərinə görə, Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun
Nizamnamə fondu 4 dəfə – 100 milyon dollaradək artıb. “Bu gün, həmçinin Azərbaycan-
Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu haqqında Sazişə əlavə imzalanıb. Biz
Nizamnamə fondunu 4 dəfə – 25 milyondan 100 milyon dollaradək artırdıq. Bunun əsas səbəbi
müraciətlərin həddən artıq olmasıdır. Bizə Qırğızıstanda investisiya layihələrinin icrası üçün 40-
dan çox müraciətin daxil olması barədə məruzə edilib”, – deyən dövlət başçısı əlavə edib ki, 100
milyon da son hədd deyil.
44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərimizdə aparılan
abadlıq quruculuq işlərinə qardaş dost ölkələri də öz töhfələrini verirlər. Azərbaycan Prezidenti
İlham Əliyev çıxışında işğaldan azad edilmiş ərazilərin bərpasında göstərdiyi dəstəyə görə
Qırğızıstana təşəkkür edib.Bugünümüzün qürurverici hadisələrindən biri də işğaldan azad
edilmiş ərazilərimizdə bərpa işlərinin aparılmasına qardaş dəstəyinin göstərilməsidir. Qırğızıstan
Prezidentinin təşəbbüsü ilə bu qardaş ölkə öz vəsaiti hesabına Ağdam rayonunda orta məktəbin
tikintisini həyata keçirəcək. Aprelin 25-də Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli və
Ağdam rayonlarında olublar və Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə
təməlqoyma mərasimində iştirak ediblər.Ağdam rayonunda məktəbin tikintisi Qırğızıstanın
münaqişələrdən zərər çəkmiş regionlarda sülhün bərpa olunmasına töhfəsidir.
Aprelin 24-də isə Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız
Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun
abidəsinin açılış mərasimində iştirak etdilər. Prezident İlham Əliyev açılışda bildirdi ki, “bu gün
Qırğızıstan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri tarixində əlamətdar gündür. Bu gün
qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun abidəsi açılır. Əminəm ki, bu, dostluğumuzun,
qardaşlığımızın və birliyimizin daha bir rəmzi olacaq”.
İki ölkə arasında münasibətlərin dünəninə və bugününə qısa baxış bu ümumiləşdirməyə
əsas verir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, xüsusilə türk dövlətləri, o cümlədən
Qırğızıstanla əməkdaşlığının geniş perspektivləri var. Qırğızıstan Prezidenti Sadır Japarovun
Azərbaycana yenidən səfəri iki ölkə arasında mövcud olan münasibətlərdə yeni səhifə açacaq,
xalqlarımızın tarixi və mənəvi əlaqələrini daha da möhkəmləndirəcək, mövcud potensialdan tam
istifadə üçün mühüm addımların atılmasına şərait yaradacaq. İmzalanan sənədlər, Azərbaycan və
Qırğızıstan prezidentlərinin mətbuata bəyanatlarında səsləndirilən çağırışlar hər iki tərəfin
əlaqələrin yeni istiqamətlər üzrə inkişaf etdirilməsində maraqlı olduğunu təsdiqləyir.
İkitərəfli Qırğızıstan-Azərbaycan münasibətlərinin inkişaf dinamikası müxtəlif sahələri
əhatə edir ki, bu da əlaqələrinin daha da dərinləşməsinə və siyasi münasibətlərin
gücləndirilməsinə öz töhfəsini verir.
Sevinc Fətiyeva,
Sabirabad rayon Nizami kənd kitabxana filialının müdiri