KANAL24.AZ
Az Iw En Ru

Dövlətlərimiz arasında münasibətlərin gələcək inkişafını əhəmiyyətli dərəcədə müəyyən edəcək sənədlərin imzalanması böyük əhəmiyyətə malikdir

Dövlətimizin başçısı İlham Əliyev cənabları Azərbaycan Respublikasının maraqlarını
müdafiə etmək üçün hər zaman apardığı xarici siyasətin prioriteti kimi, dünya dövlətləri ilə
Azərbaycan Respublikasının əlaqələrinin qurulması zamanı əməkdaşlığın ikitərəfli əsasda
davam etdirilməsinə üstünlük verir. Elə Azərbaycan Respublikası ilə Türk Dövlətləri
Təşkilatına daxil olan dövlətlər arasında da siyasi, iqtisadi və humanitar sahələrdə ölkəmiz
üçün maraq kəsb edən məsələlər üzrə əməkdaşlığın daha yüksək səviyyədə inkişaf
etdirilməsi dövlətimizin xarici siyasət kursuna uyğundur və bu təşkilatın iştirakçı-dövlətləri
arasında dialoq müstəvisi kimi saxlanılmasına önəm verilir.
Məlum olduğu kimi, 24 aprel tarixində Qırğız Respublikasının Prezidenti Sadır
Japarovun Azərbaycana rəsmi səfəri və dövlətlərimiz arasında münasibətlərin gələcək
inkişafını əhəmiyyətli dərəcədə müəyyən edəcək sənədlərin imzalanması böyük əhəmiyyətə
malikdir.
Azərbaycanın Qırğız Respublikası ilə münasibətə böyük önəm verməsinin bariz
nümunəsidir ki, qarşılıqlı fəaliyyət gündəliyi kifayət qədər geniş olmuş, həm məhdud tərkibdə,
həm də geniş heyətdə qarşılıqlı fəaliyyətin əsas məsələləri müzakirə edilmiş, Dövlətlərarası
Şuranın ikinci iclası uğurla keçirilmişdir. Səfər və onun nəticələri dövlətlərimizin qarşılıqlı
fəaliyyətinin möhkəmləndirilməsinə, ticarət dövriyyəsinin artmasına və bütün istiqamətlər üzrə
əməkdaşlığa dair praktiki müstəvidə özünü aydın şəkildə göstərəcəyinə əminlik ifadə edir.
Qeyd etmək yerinə düşər ki, Qırğız Respublikası ilə uğurlu dövlətçilik münasibətlərinin
əsası, diplomatik münasibətlər məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən 1993-cü il
yanvarın 19-da qurulmuş, daha sonra 1995-ci ilin avqustunda Türkdilli Dövlət Başçılarının III
Zirvə Görüşü və “Manas” eposunun 1000 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün
Ulu Öndər Qırğızıstana səfər etmişdir.
Bununla belə, Azərbaycan və Qırğız xalqları arasında tarixən dostluq və qardaşlıq
əlaqələri mövcud olmuş, əsasən Sovetlər zamanında Mərkəzi Asiyaya sürgün edilən
azərbaycanlı repressiya qurbanlarının ailə üzvlərindən 20 minə yaxını Qırğız Respublikasında
məskunlaşmışdır.
Möhtərəm Prezidentimiz İlham Əliyevin siyasi hakimiyyətdə olduğu dövrdə də
dövlətlərarası münasibətə xüsusi önəm verilmiş, 2007-ci ildə Azərbaycanın Qırğızıstanda və
2008-ci ildə isə Qırğızıstanın Azərbaycanda səfirlikləri fəaliyyətə başlamışdır.
Heç şübhəsiz bu dostluq, qardaşlıq münasibətlərinin təzahürüdür ki, işğaldan azad
edilmiş ərazilərin bərpası və yenidən qurulması işində öz dəstəyini biruzə verən qardaş
dövlətin başçısı Sadır Japarovun təşəbbüsü ilə Qırğızıstan Ağdam rayonunda orta məktəbin
tikintisini öz vəsaiti hesabına həyata keçirəcək. Həmçinin, bu günlərdə Azərbaycanda
Qırğızıstan Mədəniyyəti Günlərinin keçirilməsi, qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun
Bakıdakı abidəsinin açılışı, səfər çərçivəsində imzalanan sənədlər Qırğızıstan-Azərbaycan
qardaşlığının təzahürüdür.
Mahir Tarverdiyev,
Sabirabad Dövlət Sosial-İqtisad Kollecinin direktoru


20:21 26.04.2024