KANAL24.AZ
Az Iw En Ru

ADA Universitetində keçirilən forum böyük maraqla qarşılanıb

Aprelin 23-də ADA Universitetində 30 ölkədən 70-dək ekspertin iştirakı ilə "COP29 və Azərbaycan
üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forum keçirilib. Prezident İlham Əliyev forumda iştirak edərək
geniş məzmunlu çıxış edibvə tədbir iştirakçılarının suallarını cavablandırıb. Azərbaycan Prezidenti İlham
Əliyevin ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq
forumda çıxışı, həmin tədbir də aparılan müzakirələr regionun və bütün dünyanın, qloballaşan və hər gün
yeni-yeni təhdidlərlə üzləşən planetimizin gələcəyi üçün çox əhəmiyyətli oldu. Beyin mərkəzlərinin iştirakı
ilə keçiriən diskusiyalar, Azərbaycan Prezidentinin də haqqında danışdığı məsələlər payızda keçirilməsi
nəzərdə tutulan COP - Tərəflərin Konfransının tövsiyələrinə uyğun idi. Bütün müzakirələr bütövlükdə
dünyaya çağırış, ayrı-ayrı qütblərdə, qitələrdə baş verən hadisələrin bütün bəşəriyyət üçün acı nəticələrin
baş verməməsi üçündür. Qlobal istiləşmə tempini səngitmək, qlobal istiləşməyə məruz qalan ərazilərin
adaptasiyasına dəstək olmaq və 2050-ci ilə qədər "0" - sıfır emissiyaya nail olmaq əsas məqsəddir. Əsas
diqqəti COP29-a yönəldən Prezident İlham Əliyev bu mötəbər tədbirin Azərbaycanda keçirilməsinin
önəmindən danışaraq deyib: "COP29 haqqında danışsaq, əlbəttə ki, bu, Azərbaycana olan beynəlxalq
ictimaiyyətin böyük hörmət və dəstəyinin təzahürüdür. İqlimdəyişiklikləri məsələlərinin həlli baxımından
bizhəqiqətən istərdik ki, COP29 uğurla keçsin". COP29-un Azərbaycan üçün fürsət olacağınıdiqqətə
çatdıran Prezident İlham Əliyev bildirib:
"Bizim dünyaya söyləyəcəyimiz məsələlər çoxdur. Həqiqəti söyləmək imkanımız var. Hesab edirəm,
ev sahibi ölkə olmağın üstünlüklərindən biri ondanibarətdir ki, biz on minlərlə insanı qəbul edəcəyik.
Onların əksəriyyəti ölkəmizə ilk dəfə səfər edəcək. Biz öz sədrliyimizə nəinki özümüzü nümayişetdirmək,
həm də ölkəni təqdim etmək fürsəti kimibaxırıq. Əslində, bu vacibdir. Biz buna həm də əntəxirəsalınmaz
məsələlərin həllinə qlobal aləmdətöhfə vermək fürsəti kimi baxırıq". Ölkəmizin iqtisadi uğurları barədə
məlumatverən dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan iqtisadiyyatı özünü təmin edəniqtisadiyyatdır
və hətta böhran vəziyyətində dədayanıqlı artım göstərib. Prezident İlham ƏliyevAzərbaycanın xarici
borcunun çox aşağı - həttahazırda ümumi daxili məhsulun 8 faizindən də azolduğunu diqqətə
çatdırıb.Regionda sülhün əldə olunması üçün atılanaddımlardan danışan Prezident İlham Əliyev
qeydedib: "Hazırda unikal şans yaranıb. Biz bundanməhrum olmuşduq.
SSRİ süqut etdiyi zaman sülhşəraitində öz müstəqil həyatına başlamış Baltikdövlətlərindən fərqli
olaraq, bizim bölgədəmüharibələr gedirdi. İndi həmin səhifəni çevirməkşansı yaranıb. Biz bunu
edirik".Dövlətimizin başçısı bu prosesdə COP29-un əla fürsət olduğunu vurğulayıb. Bildirib ki,
COP29 üç Cənubi Qafqaz ölkəsi arasında ən azıməsləhətləşmələri aparmaq üçün fürsətyaradacaq
və gələcək əməkdaşlığa yol açacaq.Bölgədə sabitliyin pozulması cəhdlərinə dətoxunan dövlətimizin
başçısı vurğulayıb:
"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşısilahlandırır, biz oturub gözləyə bilmərik.
Özü dəonlar bunu açıq və nümayişkaranə şəkildə edirlərvə hətta çalışırlar ki, bununla bizə nəyi isə
sübutayetirsinlər. Biz, sadəcə, oturub gözləyə bilmərik. Biz bu mövqeyi açıq şəkildə
Ermənistanhökumətinə və bu gün Ermənistanın qayğısınaqalmağa çalışan tərəflərə bildirmişik.
Əgərözümüzə ciddi təhdid görsək, biz ciddi tədbirlərgörməli olacağıq".
Azərbaycanla Ermənistan arasında sərhədlərindelimitasiyası, o cümlədən Qazaxın dörd
kəndinindinc yolla qaytarılması sülh üçün yaxşı imkanyaradır. Prezident İlham Əliyevin dediyi kimi,
COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə
razılığa gəlmək tam real görünür. Azərbaycan sülh prosesini davam etdirməyə hazırdır. Biz tarixi ədaləti
və beynəlxalq hüququ bərpa etdik və indi regionda düşmənçiliyə son qoymaq vaxtı yetişib. Ermənistan da
sülh üçün iradə nümayiş etdirmələri, üçüncü qüvvələrin diqtəsi ilə hərəkət etməməlidir.
Ziyadxan Gözəlov,
Sabirabad rayonu Ulacalı bələdiyyəsinin sədri


10:09 26.04.2024