Azərbaycan mühüm beynəlxalq tədbirlərinkeçirildiyi məkana çevrilib. ADA
Universitetindədünyanın müxtəlif beyin mərkəzlərinin iştirakı ilətoplantıların keçirilməsi artıq
ənənəyə çevrilib.Aprelin 23-də isə ADA Universitetində təşkil olunan beynəlxalq forum "COP29 və
Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda həsr olunub. COP29-un ölkəmizdə keçirilməsi
ərəfəsində belə bir beynəlxalq forumun keçirilməsi olduqca aktualdır.
Prezident İlham Əliyevin çoxşaxəli, praqmatik siyasəti, güclü siyasi iradəsi sayəsində
Azərbaycan beynəlxalq müstəvidə nüfuzlu dövlət kimi tanınır. Beynəlxalq birlik ölkəmizi
etibarlıtərəfdaş kimi qəbul edir. Təbii ki, bu amil ölkəmizəbeynəlxalq birliyin inam və
etimadınıngöstəricisidir. Hazırda respublikamız bu mötəbərtədbirin yüksək səviyyədə keçirilməsi
üçün ciddihazırlıq işləri görür. Bu kontekstdə ADA Universitetində təşkil olunan "COP29
vəAzərbaycan üçün Yaşıl Baxış" mövzusundabeynəlxalq forum böyük əhəmiyyət kəsb edir.
Forumda çıxış edən Prezident İlham Əliyev dəbildirib ki, COP29-un ölkəmizdə
keçirilməsiAzərbaycana olan beynəlxalq ictimaiyyətin böyükhörmət və dəstəyinin təzahürüdür.
Dövlətimizinbaşçısı vurğulayıb ki, biz Azərbaycanın COP29-a sədrliyinə həm də ən təxirəsalınmaz
məsələlərinhəllinə qlobal aləmdə töhfə vermək fürsəti kimibaxırıq.
Forumda dövlət başçısının müxtəlif beyinmərkəzlərinin nümayəndələrinin suallarını
ətraflışəkildə cavablandırdığını deyən millət vəkilininsözlərinə görə, diqqət mərkəzində olan
əsasməsələlərdən biri də Cənubi Qafqaz regionundavəziyyət, Azərbaycanla Ermənistan
arasındamünasibətlərin normallaşdırılmasıdır.Dövlətimizinbaşçısı deyib ki, Türkiyə ilə bizi nəinki
müttəfiqlikBəyannaməsi, həmçinin bir çox digər məsələlərbirləşdirir. Türkiyə-Azərbaycan birliyi
regionaltəhlükəsizliyin və sabitliyin mühüm meyarıdır: "Bilirəm ki, həm Azərbaycan, həm də
Türkiyədəaydın mövqe var: iki proses paralel getməlidir. Türkiyə ilə Ermənistan arasında
yaxınlaşma vəAzərbaycan ilə Ermənistan arasında normallaşmaparalel getməlidir. Bu, bizim
mövqedir və bu, həmçinin Türkiyə Prezidentinin mövqeyidir".
Cənab Prezident həmçinin vurğulayıb ki, COP29 üç Cənubi Qafqaz ölkəsi arasında ən
azıməsləhətləşmələri aparmaq üçün fürsətyaradacaq və gələcək əməkdaşlıq üçün yolaçacaq:
"Hazırda unikal şans yaranıb. Biz bundanməhrum olmuşduq. SSRİ süqut etdiyi zaman
sülhşəraitində öz müstəqil həyatına başlamış Baltikdövlətlərindən fərqli olaraq, bizim
bölgədəmüharibələr gedirdi. İndi həmin səhifəni çevirməkşansı yaranıb. Biz bunu edirik.
Düşünürəm ki, COP29 əla fürsətdir".
Azərbaycanla Ermənistan arasında sərhədlərindelimitasiyası, o cümlədən Qazaxın dörd
kəndinindinc yolla qaytarılması sülh üçün yaxşı imkanyaradır. Prezident İlham Əliyevin dediyi
kimi, COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı baza
prinsipləri üzrə razılığa gəlmək tam real görünür. Azərbaycan sülh prosesini davam
etdirməyəhazırdır. Biz tarixi ədaləti və beynəlxalq hüququbərpa etdik və indi regionda düşmənçiliyə
sonqoymaq vaxtı yetişib. Ermənistan da sülh üçüniradə nümayiş etdirmələri, üçüncü
qüvvələrindiqtəsi ilə hərəkət etməməlidir.
Oktay Mehdiyev,
Sabirabad Olimpiya İdman Kompleksinin direktoru