KANAL24.AZ
Az Iw En Ru

Azərbaycandan dünyaya Yaşıl Baxış

Azərbaycan Prezidenti İlham Əliyevin "COP29 və Azərbaycan üçün Yaşıl Baxış"
mövzusundaçıxışı qloballaşan dünyanın gələcəyi üçünəhəmiyyətli oldu.
Aprelin 23-də Azərbaycan Prezidenti İlhamƏliyevin ADA Universitetində keçirilən "COP29
vəAzərbaycan üçün Yaşıl Baxış" mövzusundabeynəlxalq forumda çıxışı, həmin tədbir
dəaparılan müzakirələr regionun və bütün dünyanın, qloballaşan və hər gün yeni-yeni
təhdidlərləüzləşən planetimizin gələcəyi üçün çoxəhəmiyyətli oldu. Beyin mərkəzlərinin iştirakı
iləkeçiriən diskusiyalar, Azərbaycan Prezidentinin dəhaqqında danışdığı məsələlər payızda
keçirilməsinəzərdə tutulan COP - Tərəflərin Konfransınıntövsiyələrinə uyğun idi. Bütün
müzakirələrbütövlükdə dünyaya çağırış, ayrı-ayrı qütblərdə, qitələrdə baş verən hadisələrin
bütün bəşəriyyətüçün acı nəticələrin baş verməməsi üçündür. Qlobal istiləşmə tempini
səngitmək, qlobalistiləşməyə məruz qalan ərazilərin adaptasiyasınadəstək olmaq və 2050-ci ilə
qədər "0" - sıfıremissiyaya nail olmaq əsas məqsəddir.
Qeyd edilməlidir ki, hər il keçirilən konfrans2024-cü ilin 11-24 noyabr tarixlərində
Bakışəhərində keçiriləcək. Buna, sonuncu, COP28 konfransında iştirak edən 195-dən çox
ölkəninyekdilliklə səsverməsi nəticəsində qərar verilib. Bakıda 190-dan çox ölkəsini təmsil
edən 80-100 min nəfərə qədər nümayəndə heyətinin qəbuledilməsi gözlənilir. COP29 ölkə
tarixindəkeçiriləcək olan ən böyük tədbir hesab olunur. Azərbaycanın belə bir mötəbər tədbirə
ev sahibliyietməsi ölkəyə yerli, regional və beynəlxalqmiqyasda çox böyük
divindendlərqazandıracaqdır.
ADA Universitetində keçirilən tədbirdəPrezident İlham Əliyev düyanı və regionu
daimtəhdid altında saxlayan, təhlükəsizliyə mane olan, terroru və ekstremizmi təbliğ edən
işğalçıErmənistanın hərəkətləri və son hadisələrdənsonra bu ölkənin iddialarına son
qoyulduğubarədə toplantı iştirakçılarına ətraflı məlumatvermək idi. Və dünyanın aparıcı
siyasətadamlarının, mütəxəssislərin bu barədə xəbərdarolmaları təkcə Azərbaycan üçün yox,
həm dədünya birliyi üçün əhəmiyyətlidir.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanla Ermənistan arasında 44
günlükmüharibənin başa çatmasına baxmayaraq, Qarabağın minalardan təmizlənməsi ilə
bağlıçətinliklər hələ də qalmaqdadır. Qarabağərazisində basdırılan minalar
Azərbaycanınekologiyasına ciddi təsir göstərib. Bu təsirlərarasında əsas amil kənd
təsərrüfatına ciddi ziyanvurmaq olub. Bu konfransda təqdimatın əsasməqsədi Azərbaycanda
minalanmış ərazilərinproblemini müzakirə etmək və həll etməkdir. Bunabaxmayaraq hələ də
mina təhlükəsi qalmaqdadır. Ermənilərin 2020-ci il müharibəsindən sonraQarabağa gətirdikləri
və əsasən Ermənistanistehsalı olan minalar hələ də vətəndaşlarımızatəhlükə törədir. Bunun
üçün İrəvanın minaxəritələrini Azərbaycana verməsi şərtdir, əgərErmənistan regionda sülhə
əngəl olmadığını əməliilə sübut etmək istəyirsə mina xəritələriniAzərbaycana verməli, gələcək
sülhünyaranmasına mane olmamalıdır.
Dövlətimizin başçısı əlavə edib ki, sülhsazişinin imzalanmasına heç vaxt olmadığı
qədəryaxınıq. "Biz işğal zamanı buna heç vaxt yaxınolmamışıq. Həmin vaxt biz baza
prinsipləriüzərində belə razılığa gələ bilmirdik. Həmin vaxthətta "Madrid Prinsipləri" üzrə
razılığagəlinmədiyini xatırladan dövlətimizin başçısıbildirib ki, o zaman sülh sazişinin layihəsi
belə yoxidi. İndi isə o, artıq mövcuddur. İndi bizim sülhsazişinin necə olması ilə bağlı ümumi
anlayışımızvar. Biz, sadəcə, təfərrüatları işləməliyik. Lakin, əlbəttə, hər iki tərəfə vaxt lazımdır",
- deyə ölkərəhbəri əlavə edib.
Ermənistanın qeyri-konstruktivliyindən danışanİlham Əliyev Azərbaycanın bu ölkə ilə
bəzibeynəlxalq təşkilatlarda, qurumlarda birgə təmsilolunduğunu deyib və əlavə edib ki,
Avrasiyaİqtisadi Birliyin tədbirlərində bir dəfə fəxri qonaqkimi iştirak edib. Dövlətimizin
başçısının davurğuladığı kimi, Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv bütün
ölkələrləAzərbaycanın çox sıx tərəfdaşlıq münasibətlərivar. Amma Ermənistan daim
təmaslardan qaçıb, özünə kənarda, xüsusən də qeyri-region ölkələriarasında dayaq,
himayədar axtarıb. Azərbaycanqalib ölkədir, buna baxmayaraq sülhmüqaviləsinin
imzalanmasında səmimidir, regionda sabitliyin olmasına tərəfdardır.

COP29-un Azərbaycanda keçirilməsininönəmindən danışan dövlətimizin başçısı bildirib
ki, COP29 haqqında danışsaq, əlbəttə ki, bu, Azərbaycana olan beynəlxalq ictimaiyyətin
böyükhörmət və dəstəyinin təzahürüdür. COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan
arasında sazişənail olmaq, ən azı baza prinsipləri üzrə razılığagəlmək tam real görünür.
Dövlətimizin başçısıəlavə edib ki, baza prinsipləri üzərində razılığagəlmək, həmçinin variant
hesab olunur, sonra isəmüddəaların təfərrüatlarına vaxt sərf etmək olar. "Hətta sazişin layihəsi
hazır ola bilər. Düşünürəmki, bunun üçün hər iki tərəf, sadəcə" ürəkdənçalışmalıdır", - deyə
Prezident diqqətə çatdırıb.
Qeyd edək ki, iqlim dəyişikliyi temperaturun, fırtınaların artması, quraqlıqlar, növlərin
yoxolması, qida çatışmazlığı, sağlamlıq risklərininartması və dəniz səviyyəsinin yüksəlməsi
kimiekoloji fəlakətlərə səbəb ola bilər. Ona görə dədünyanın bütün ölkələri yuxarıda qeyd
olunanamilləri nəzərə alaraq ekoloji fəlakətlərin qarşısınıalmaq üçün əllərindən gələni
etməlidirlər. Ekolojifəlakətlərin və iqlim dəyişikliyinin qarşısını almaqüçün dünyanın neft və qaz
hasil edən ölkələri neftvə qazdan istifadəni azaltmalı və bərpa olunanenerji mənbələrinə
keçidini sürətləndirməlidir. Əsas məqsəd iqlim dəyişikliyi sahəsində qabaqcıltəcrübələri
bölüşmək və humanitarminatəmizləmə sahəsində davamlı yanaşmalarüzrə müzakirələri təşviq
etməkdir.
Gülnar Hüseynova,
Sabirabad rayonu Qaratəpə kənd tam orta məktəbinin direktoru


08:08 26.04.2024