KANAL24.AZ
Az Iw En Ru

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

1994-cü ildə “AZAL Səhmdar Kommersiya Bankı” kimi fəaliyyətə başlayan, daha sonra adını 2 dəfə dəyişərək, əvvəlcə “Bank Silk Way” ASC, hazırda isə “Premium Bank” ASC adlanan bankın problemli kreditlərinin həcmi kəskin artıb.
Bu ilin birinci rübünün yekununda “Premium Bank” ASC-nin vaxtında geri qaytarılmayan kreditləri 6 milyon 550 min manat olub. Bu məbləğin 77%-ni və ya 4 milyon 973 min dollarını problemli kreditlər təşkil edib.
Müqayisə üçün bildirək ki, ötən ilin birinci rübünün yekununda “Premium Bank” ASC-nin problemli kreditləri builki göstəricidən 2,4 dəfə az olub. Belə ki, ötən ilin ilk rübündə bankın problemli kreditləri 2 milyon 114 min manat təşkil edib.
Məlumat üçün bildirək ki, “Premium Bank”ın əsas səhmdarı ötən il AZAL-ın prezidenti vəzifəsindən azad olunan Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevadır.
Hazırda bank səhmlərinin 84,5%-i Zərifə Həmzəyevaya məxsusdur.


17:28 23.04.2024