Dünyada baş verən iqlim dəyişiklikləri, bir sıra problemlər bəşəriyyəti su problemləri ilə
üz-üzə qoyubdur. Bu gün dünyanın əksər ölkələri içməli sudan və əkin suyundan korluq
çəkirlər. Bu problemlər Azərbaycandan da yan keçməyibdir. Ölkəmizdə də son illər əkin
suyuna, içməli suya olan tələbat artıb və müəyyən çətinliklər hiss olunmaqdadır. Bu, həm əkin
sahələrinin genişləndirilməsi ilə, həm də insanların artımı ilə əlaqədardır və əsaslı tədbirlərin
görülməsini zərurətə çevirib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son illər ölkənin su
təsərrüfatının genişləndirilməsi, yeni su ehtiyatlarının yaradılması istiqamətində çox mühüm
tədbirlər həyata keçirməkdədir. Dövlət Su Ehtiyatları Agentliyinin yaradılması, yeni kanalların
çəkilməsi, kollektor şəbəkələrinin artırılması bu sahəyə göstərilən qayğının, diqqətin bir
nəticəsidir. Cənab Prezidentin bu günlərdə imzaladığı çox mühüm iki sərəncam, Qarabağ və
Şirvan suvarma kanallarının yenidən qurulması haqqında sərəncamları ölkə vətəndaşlarının
ürəyindəndir və iqtisadiyyatın, xüsusilə kənd təsərrüfatının sürətli inkişafına təkan verəcəkdir.
Çünki aydın faktdır ki, yay aylarında istər taxıl, istər pambıq, istər digər kənd təsərrüfatı
sahələri sudan xeyli dərəcədə korluq çəkir. Dövlət Su Ehtiyatları Agentliyi bu sahədə mühüm
tədbirlər görməsinə baxmayaraq, yenə də problemləri tam aradan qaldırmaq mümkün olmur.
Ancaq bu iki böyük kanalın yenidən qurulması və onların sukeçirmə imkanlarının artırılması
bilavasitə bu çətinliklərin aradan qaldırılmasına hesablanıbdır və Şirvan kanalı vasitəsi ilə 10
rayonun, Qarabağ kanalı vasitəsi ilə 9 rayonun su təchizatının yaxşılaşdırılması istiqamətində
görülən tədbirlər kənd təsərrüfatının inkişafı ilə bərabər, insanların həm də rahatlığını təmin
edəcək, təsərrüfatlarda məhsuldarlığı artıracaq və sahibkarların əlavə gəlir mənbəyini təmin
edəcəkdir. Bu kanalların çəkilməsi ilə əlaqədar 100 min hektarlarla əkin sahələri suvarılacaq
və yaşayış məntəqələri su ilə təmin ediləcəkdir.
Şirvan suvarma kanalının təməlqoyma mərasimində cənab İlham Əliyevin söylədiyi
kimi, “Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək bizim başlıca vəzifəmizdir” kəlmələri
qarşıya yeni öhdəliklər, yeni vəzifələr qoyur. Çünki statistika göstərir ki, bu sahədə ölkəmizdə
ciddi çatışmamazlıqlar mövcuddur. Beləki, istər əkin suyu, istərsə də içməli su xeyli dərəcədə
itgiyə gedir. 40 faiz, 39 faif içməli suyun və əkin suyunun istifadəsiz qalması və itgisi bilavasitə
laqeyidliyin nəticəsi sayılmalıdır. Ona görə də su ehtiyatlarının yaradılması və ondan səmərəli
istifadə edilməsi nəinki müvafiq orqanın, hər bir vətəndaşın borcu sayılmalıdır və bu sahədə
qənaətcillik mütləq gözlənilməlidir. Çox yaxşı haldır ki, işğaldan azad olunmuş ərazilərimizdə,
Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resurslarının bu gün nəzarətə götürülməsi və
gələcəkdə bu resurslardan səmərəli istifadə olunması üçün əsaslı tədbirlərin görülməsi
deməyə imkan verir ki, həmin ərazilərdə müasir texnologiyaların tətbiqi nəticəsində gəlcəkdə
taxılçılığın, meyvəçiliyin, bostançılığın, üzümçülüyün inkişafı mümkün olacaqdır və cənab
Prezident də bunu özünün görüşlərində dəfələrlə bəyan edibdir. Qarabağ və Şirvan suvarma
kanallarının yenidən qurulması ölkə iqtisadiyyatına öz töhvələrini verməklə bərabər, elə
bilirəm ki, gələcəkdə sahibkarlığın inkişafı üçün geniş meydan açacaq və ərzaq
təhlükəsizliyinin təmin olunmasına öz töhvələrini verəcəkdir.
Oqtay Babayev,
Sabirabad RİH başçısının Güdəcühür kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi