Zərifə xanım Əziz qızı Əliyeva həkim idi, oftalmoloq idi, bu ixtisasa malik olan Böyük
İnsan idi. Onun üçün bəşərilik vardı, insanlıq vardı, insanlığı əhatələyən azərbaycançılıq
vardı. Belə yaşayırdı. Azərbaycanı sevənləri yaşada-yaşada, gözlərə nur verə-verə, gözlərin
işığının cəfakeşi ola-ola yaşayırdı.
Zərifə xanım 1923-cü il aprelin 28-də Naxçıvanda, Şahtaxtıda anadan olmuşdu. 1947-
ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdi. Oftalmoloq idi, oftalmologiyanın nəzəri
məsələlərini də araşdırırdı, xəstəlikləri yaradan səbəbləri, onların müalicə sistemini də. Tibb
elmləri doktoru, professor idi, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü
seçilmişdi...
Sovetlər dönəmində də bəzi xəstəliklıər kütləvi hal almışdı. Belə xəstəliklərdən biri də
traxoma idi. Bu xəstəlik o vaxtlarda bir oftalmoloq kimi Zərifə xanımı da düşündürürdü.
Həmişə insanların, insanlığın keşiyində dayanmağı özünə ömür düsturu bilən bu Böyük İnsan
fəaliyyətini bu xəstəliklə mübarizəyə yönəltdi. Bu xəstəlik harda peyda olsa, ora gedir, bilik və
bacarığını onun ləğvinə həsr edirdi. Həmin vaxtlarda Zərifə xanım Əliyeva traxoma və digər
göz xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi üzrə istər elmi, istərsə də əməli
fəaliyyətini sistemli şəkildə uğurla davam etdirirdi. Cəfakeş alim 1959-cu ildə “Traxomanın
digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik
dissertasiyası, 1976-cı il may ayının 27-də Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz
Xəstəlikləri İnstitutunda “Azərbaycanın kimya sənayesinin bir sıra müəssisələrində işçilərdə
görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə etdi...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev anası haqqında fikirlərini
Böyük İnsan haqqında deyilmiş fikir kimi oxumuşuq, bu fikir düşüncələrimizə belə
hopub: “Mənim anamın həyat fəlsəfəsinin köklərini, hər şeydən əvvəl onun uşaqlığında
axtarmaq lazımdır. O bizə tez-tez deyərdi ki, uşaqlıq - insan həyatının çox mühüm dövrüdür
və heç nə bu dövrü əvəz edə bilməz. Uşaqlıq - insanın ömrü boyu təkrar-təkrar müraciət etdiyi
dünyadır. İnsan xeyirxahlığın, şəfqətin nə olduğunu uşaqlıqda dərk edir. O, çox xoşbəxt uşaq
olub, uşaqlıq onun yaddaşında məhəbbət və əziz xatirələr mənbəyi kimi qalmışdı”...
15 aprel böyük alim, Azərbaycanı və azərbaycanlıları varlığı ilə sevən Böyük İnsan
Zərifə xanım Əlyevanın anım günüdür. Onu həmişə anmışıq, indi də anırıq, həmişə də
anacağıq. Belə insanların ömrü əbədiyyət ömürüdür...
Eyvaz Fərzəliyev,
Sabirabad rayon Ağsaqqallar Şurasının sədri