Son illərdə Azərbaycan dünyanın bütün qitələri, həmçinin Afrika ölkələri ilə əlaqələri
davamlı olaraq milli maraqlar çərçivəsində inkişaf etdirilir. Hazırda Azərbaycanın dünya
ölkələri ilə əlaqələri davamlı şəkildə genişlənir.
Yaxınlığından, yaxud uzaq ölkə olmasından asılı olmayaraq təmaslar hər gün genişlənməkdə,
inkişaf etməkdədir. Bütün bunlar əsasən Azərbaycanı etibarlı tərəfdaş ölkə olmasından xəbər
verir. Aprelin 3-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana ilk
rəsmi səfərini də ölkəmizin Qoşulmama Hərəkatı çərçivəsində uğurlu fəaliyyətinin nəticəsi
kimi xarakterizə oluna bilər.
Səfər çərçivəsində prezidentlərin tətbətək və geniş tərkibdə görüşləri keçirilib, iki ölkə
arasında əməkdaşlıq haqqında Bəyannamə və bir sıra mühüm əhəmiyyət kəsb edən sənədlər
imzalanıb.
Görüşlərdə iqtisadi sahədə əməkdaşlıq haqqında geniş fikir mübadiləsi aparılıb.
Azərbaycan Konqoda bir sıra investisiya layihələrində, ilk növbədə kənd təsərrüfatı,
bərpaolunan enerji, energetika, mədənçilik və digər sahələrdə iştirak etmək fikrindədir.
Əməkdaşlığımız üşün çox gözəl perspektivlər mövcuddur, buna görə də gələcək aylar ərzində
hər iki ölkənin nümayəndələri bir-biri ilə sıx təmasda olacaqlar.
Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfəri
və Prezident İlham Əliyevlə keçirdiyi görüşlər, dövlət başçılarının mətbuata birgə bəyanatları
istər tarixi kontekstdə, istərsə də cari dövr baxımından rəsmi Bakının Afrika ölkələri ilə yaxşı
əlaqələrindən xəbər verir. Hələ SSRİ dövründə Afrika ölkələrindən tələbələr Azərbaycanın ali
məktəblərində təhsil alırdılar. Onlar bu gün də ölkəmizlə əlaqələrini kəsmirlər. Dövlətimiz 30
illik müstəqillik dövründə bu əlaqələri daha da inkişaf etdirərək özünü Afrika qitəsi ölkələrinin
yaxın dostu kimi tanıda bilib. Afrikayla əlaqələrimiz pandemiya dövründə qırılmadı, əksinə heç
bir dövlətin edə bilməyəcəyini Azərbaycan etdi.
Azərbaycan koronavirus pandemiyası zamanı vaksin ala bilməyən ölkələrə yardım
göstərib. Azərbaycan Afrika ölkələrinə öz vəsaiti hesabına dəstək verib. Bu gün Azərbaycan
neokolonializmə qarşı mübarizədə Afrika ölkələrinin yanındadır, Bakı Təşəbbüs Qrupunun
yaradılması Afrika qitəsində müsbət qarşılanır və dəstəklənir. Dünyada kolonializmi hazırda
da dövlət siyasəti kimi təqdim edən Fransanın hələ də mövcud olduğu ölkələrdən biri də
Konqodur. Bu ölkələr neokolonializmlə mübarizədə Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar.
Azərbaycanın müxtəlif platformalardan neokolonializmə qarşı apardığı mübarizə Afrika
ölkələrində rəğbətlə qarşılanır. Ümumiyyətlə, Konqo Respublikası Prezidentinin Azərbaycana
səfəri heç də təsadüfi deyil.
Nail Xanməmmədov,
Sabirabad rayonu Ulacalı kənd tam orta məktəbinin direktoru