KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan-Konqo münasibətləri: Etibarlı tərəfdaşlıq

Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso fprel ayının 3-də Azərbaycan
Respublikasına ilk rəsmi səfərə gəlib. Səfər çərçivəsində Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə tətbətək
və geniş tərkibdə görüşləri keçirilib. Sonra hər iki dövlərin rəhbərlərinin iştirakı ilə Azərbaycan-
Konqo sənədlərinin imzalanması mərasimi keçirilib. Prezidentlər ilk növbədə «Azərbaycan
Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə»ni
imzalayıblar. Mərasimdə həmçinin «Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo
Milli Neft Şirkəti arasında təlim haqqında Anlaşma Memorandumu», «Azərbaycan
Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında «Congolaise de
Raffinage» neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsi haqqında Şərtlər
Razılığı», «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Konqo
Respublikasının Ətraf Mühit, Davamlı İnkişaf və Konqo Hövzəsi Nazirliyi arasında ətraf mühit,
təbii sərvətlərin davamlı idarə olunması və iqlim dəyişmələri üzrə əməkdaşlıq sahəsində
Niyyət Protokolu» imzalanıb.
İmzalanma mərasimindən sonra Prezident İlham Əliyev və  Prezident Deni Sassu-
Nqesso mətbuat qarşısında çıxış ediblər. Bildirilib ki, iki ölkə arasında imzalanan Əməkdaşlıq
haqqında Bəyannamə çox önəmli və sanballı bir sənəddir. Həmin sənəd Azərbaycan və
Konqo arasında gələcək əməkdaşlığın perspektivlərinin müəyyən edəcəkdir. Hər iki dövlər
bundan sonra da qarşılıqlı dəstək əsasında beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə BMT-
də və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı fəaliyyətilərini davam etdirəcəklər. 2024-cü
ilin yanvar ayına qədər  Qoşulmama Hərəkatına 4 il uğurla sədrlik etmiş Azərbaycan
Konqonun dəstəyini hər zaman hiss etmişdir.
Qeyd edilib ki, görüşlərdə iqtisadi sahədə əməkdaşlıq haqqında geniş fikir mübadiləsi
aparılıb. Azərbaycan Konqoda bir sıra investisiya layihələrində, ilk növbədə kənd təsərrüfatı,
bərpaolunan enerji, energetika, mədənçilik və digər sahələrdə iştirak etmək fikrindədir.
Əməkdaşlığımız üşün çox gözəl perspektivlər mövcuddur, buna görə də gələcək aylar ərzində
hər iki ölkənin nümayəndələri bir-biri ilə sıx təmasda olacaqlar.  
Bundan başqa, K onqodan olan tələbələrin Azərbaycanın müxtəlif ali təhsil ocaqlarında
təhsil alması kimi sovet dövründə mövcud olan ənənələrin davam etdirilməsi nəzərdə tutulub
və bununla əlaqədar ölkə başçısı tərəfindən müvafiq  göstərişlər verilib.
Prezident İlham Əliyev Konqo Prezidenti Deni Sassu-Nqessonu noyabr ayında
ölkəmizdə keçiriləcək COP29 tədbirində iştirak etmək üçün dəvət edib. Ölkəmizin başçısı
bildirib ki, Azərbaycan COP29-un prezidenti kimi bu tədbirə çox ciddi hazırlaşır və burada
Konqo ilə ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq etmək hesab edirəm ki,
məqsədəmüvafiq ola bilər.
Konqo Prezidenti Deni Sassu-Nqessonun qeyd edib ki, Azərbaycanla Konqo
Respublikası arasında çox böyük potensial vardır və bu potensial inkişafa töhfə verə bilər.
Konqonun çox böyük kənd təsərrüfatı potensialı mövcuddur və bu əkin sahələrinin cəmi 3
faizi istifadə edilir. Bu da o deməkdir ki, yerdə qalan sahələr istifadə üçün hazırdır. Konqoda
bol su mənbələri mövcuddur, ilboyu günəşli hava kənd təsərrüfatının inkişafına imkan verir.
Azərbaycanın kənd təsərrüfatında əldə etdiyi təcrübədən Konqoda istifadə etmək mümkündür
və istehsal edilən məhsulun ixracı gəlirli sahəyə çevrilə bilər. Eyni zamanda Konqoda
bərpaolunan enerji sahəsində də çox böyük potensial var və Azərbaycanın bu sahədəki
zəngin təcrübəsindən yararlanmaq olar.
Görüşün sonunda hər iki dövlətin başçısı Konqo ilə Azərbaycan arasında güclü dostluq
əlaqələri yaradılacağına əmin olduqlarını bildiriblər.
Vüqar Hüseynov,
Sabirabad rayon Su Kanal sahəsinin müdiri


09:52 07.04.2024