KANAL24.AZ
Az Iw En Ru

Konqo ilə Azərbaycan arasında mühüm əməkdaşlıq istiqaməti

4 aprel tarixində Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesson Azərbaycana
rəsmi səfəri baş tutub. Azərbaycan Prezidenti İlham Əliyevlə Konqo Respublikasının
Prezidenti Deni Sassu-Nqessonun təkbətək və geniş tərkibdə görüşləri keçirilmişdir. Səfər
çərçivəsində prezidentlərin iştirakı ilə Azərbaycan-Konqo sənədlərinin imzalanması mərasimi
olub. Dövlət başçıları görüşlərdən sonra mətbuata birgə bəyanatlarla çıxış ediblər.
Cənab İlham Əliyev mətbuata bildirib ki, imzalanan Bəyannamə çox önəmlivəsanballı
sənəddir. “Bizim siyasi əlaqələrimizin bundan sonra uğurla inkişaf edəcəyinə heç kimdə
şübhə yoxdur və bu gün imzalanmış əməkdaşlıq haqqında Bəyannamə bunu bir daha təsdiq
edir. Bu sənəd ölkələr arasındakı əməkdaşlığın perspektivlərini müəyyən edəcək. Biz bundan
sonra da beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək əsasında qarşılıqlı fəaliyyətimizi
davam etdirəcəyik, xüsusilə BMT-də və Qoşulmama Hərəkatı çərçivəsində. Qoşulmama
Hərəkatına bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik etmiş Azərbaycan Konqonun
dəstəyini hər zaman hiss etmişdir. Bizim təşəbbüslərimizə Konqo hər zaman öz dəstəyini
vermişdir və bunun nəticəsində sədrliyimiz dövründə Qoşulmama Hərəkatının institusional
inkişafı da təmin edilmişdir. Parlament Şəbəkəsi, Gənclər və Qadınlar platformaları məhz
sədrliyimiz dönəmində yaradılmışdır. Bu gün Qoşulmama Hərəkatı əvvəlki dövrlərə nisbətən
daha güclü təşkilatdır. Bu təşkilatın dünya miqyasında və dünyada gedən proseslərdə
oynadığı rolunun artırılması hesab edirəm ki, hamımızın marağındadır. Qoşulmama Hərəkatı
BMT-dən sonra ikinci böyük təsisatdır, 121 üzvü var. Biz bu təsisatın, bu hərəkatın gələcək
inkişafı ilə bağlı geniş fikir mübadiləsi aparmışıq”.
Prezident onu da qeyd edib ki, həmkarı ilə görüşlər zamanı iqtisadi sahədə də
əməkdaşlıq haqqında geniş fikir mübadiləsi aparılıb. Nümayəndə heyətlərinin üzvlərinə
konkret tapşırıqlar verilib. Həmçinin prezidentbildirib ki, Azərbaycan Konqoda bir çox
investisiya layihələrində iştirak etmək fikrindədir, ilk növbədə, kənd təsərrüfatı sahəsində:
“Bərpa olunan enerji sahəsində, energetika sahəsində, mədənçilik və digər sahələrdə
əməkdaşlıq üçün çox gözəl perspektivlər var. Bu gün müzakirə aparıldı, müvafiq göstərişlər
verildi və əminəm ki, gələcək aylar ərzində bizim nümayəndələrimiz bir-biri ilə sıx təmasda
olacaqlar”.
Onuda qeyd etmək lazımdır ki, bu gün Ümummilli Lider Heydər Əliyev tərəfindən
qoyulmuş, möhtərəm Prezident cənab İlham Əliyevin zamanın tələbləri ilə yeni çalarlarla
zənginləşdirilən, Azərbaycanın hərtərəfli, dayanıqlı və davamlı inkişafını, insanların layiqli
həyat səviyyəsini ehtiva edən, ölkəmizin dünya miqyasında nüfuzunu daha da artıran milli
sosial-iqtisadi modelin uğurları və milli iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində
qurulmasının əyani göstəricisidir.
Fatma Hüseynova,
Sabirabad rayonu Qaratəpə bələdiyyəsinin sədri, Sosialist Əməyi Qəhrəmanı, 1 dərəcə
Əmək ordenli


07:51 07.04.2024