KANAL24.AZ
Az Iw En Ru

Ofisiant iftar süfrəsində deputat Razi Nurullayevə həyat dərsi keçdi

Bu gün vitse-spiker Adil Əliyevin verdiyi iftar süfrəsində deputat Razi Nurullayevin etdiyi hərəkət hiddətə səbəb olub.

Kanal24 xəbər verir ki, əsasən şəhid ailələri və qazilərin üstünlük təşkil etdiyi iftar süfrəsində deputat ofisianta yaxşı xidmət üçün pul təklif edib.

Bu barədə Şərur rayonun sabiq icra başçısı Fərəməz Novruzoğlu məlumat paylaşıb.

Onun sözlərinə görə, iftar süfrəsinə dəvət olunan xidmət edən ofisiant deputata həyat dərsi keçib:“Şəkillərdən gördüyünüz kimi, Razi bizimlə qonşu masada oturub. Yenə adətincə quşu buraxdı. Hələ məclis başlamamış çıxarıb xidmətçiyə 10 manat pul verdi ki, onun oturduğu masaya yaxşı xidmət eləsin. Gözündən öpdüyüm xidmətçi də pulu atdı üstünə ki, ayə gerzək, bura toy məclisi deyil, iftar süfrəsidi”.


22:42 05.04.2024