KANAL24.AZ
Az Iw En Ru

Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

Azərbaycanda sosial televiziya fəaliyyətə başlayır.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.

Bildirilir ki, Azərbaycanda ilk sosial televiziya nümunəsi olan DOST TV internet televiziyası aprelin 2-də fəaliyyətə başlayacaq.

Adıçəkilən nazirliyin belə bir telekanal yaratması görünür, son zamanlar əhalinin nazir Sahil Babayevə və bu nazirliyin siyasətinə qarşı yaranan sosial narazılığı aradan qaldırmağa yönəlib.

Son illər minlərlə insanın pensiyadan məhrum edilməsi, əlillik dərəcəsinin təyin olunmasında ortaya çıxan qanunsuzluqlar və sair neqativ hallar vətəndaşların Sahil Babayevə qarşı mənfi münasibətini yaradıb.

Görünür, cənab Babayev DOST TV vasitəsilə həyata keçirilən layihələrdən təbliğat kimi istifadə etməklə özünə qarşı narazılığı aradan qaldırmaq istəyir.

Ancaq bəribaşdan demək lazımdır ki, bu ideya effektsiz olacaq. Çünki, ortada taleyin ümidinə buraxılmış yüz minlərlə sadə azərbaycanlının real həyatı var.


12:47 29.03.2024