KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan xalqı Novruz bayramını qalib dövlətin vətəndaşları olaraq qeyd edir

Azərbaycan xalqı artıq dördüncü ildir Novruz bayramını qalib dövlətin vətəndaşları olaraq
qeyd edir. Artıq dördüncü ildir ki, Azərbaycan vətəndaşları Novruz bayramını işğaldan azad
olumuş ərazilərdə qarşılayır. Məhz, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin qətiyyəti, şanlı Ordumuzun gücü ilə işğaldan azad edilən əzəli-əbədi torpaqlarımızda
30 ildən sonra Novruz sevinci yaşanır, bayram tonqalları qalanır. 44 günlük Vətən
müharibəsində əldə olunmuş Zəfərlə müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli
Lider Heydər Əliyevin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırıb. Bu il də
Novruz bayramının düşmən tapdağından azad edilən torpaqlarda qeyd edilməsi müstəqil
Azərbaycan dövlətinin tarixinin ən şanlı, qürurlu günləri sırasına daxil olur.
Novruz bayramı Azərbaycan xalqının çoxçalarlı incəsənətin güzgüsüdür, habelə milli
mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə
sadiqliyinin tarixi təcəssümüdür: “Milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə
əks etdirən Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən,
dünyaya tanıtdıran qədim el bayramıdır. Xalqımızın mənəvi dünyasını, milli düşüncə tərzini,
məfkurəsini, qədim mifik görüşlərini, folklorunu, milli varlığını bütün zənginliyi ilə özündə ifadə
edən Novruz bayramı Azərbaycanda hər il möhtəşəm şəkildə qeyd edilir. Ulu Öndər Heydər
Əliyev respublikamıza rəhbərliyinin hələ birinci dövründə milli ruhun yüksəlişinə təkan verən
amillərə xüsusi hörmətlə yanaşmış, hətta keçmiş imperiyanın sərt rejimi dövründə belə Novruz
bayramının yüksək səviyyədə keçirilməsinə nail olmuşdu. Azərbaycan müstəqilliyini bərpa
edəndən sonra da xalqımız Novruzu daha böyük təntənə ilə qeyd etməyə başlayıb. Eyni
zamanda, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyi
nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ
siyahısına daxil edilib. Bu gün artıq Novruz bayramı sülhü və tolerantlığı tərənnüm edən dəyər
kimi qəbul edilir.
Aysel Qurbanova,
Sabirabad rayonu Xəlfəli kənd uşaq bağçasının müdiri


19:02 19.03.2024