KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan NATO ilə əməkdaşlıq alətlərindən səmərəli şəkildə istifadə edir

Mart ayının 17-də NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri
Azərbaycan və NATO arasında əməkdaşlığın yeni hüdudlarını müəyyənləşdirdi. 
Bu ilin may ayında Azərbaycan–NATO əlaqələrinin 30 ili tamam olur. Ötən müddət
ərzində bu əlaqələr yalnız yüksələn xətt üzrə inkişaf edib və genişlənib. 1994-cü ildə alyansın
“Sülh Naminə Tərəfdaşlıq” (SNT) proqramına qəbul edilməsi Azərbaycan üçün tarixi hadisə
sayılırdı. Bəli, Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır. 
Əvvəlcə onu qeyd edək ki, Azərbaycan–NATO tərəfdaşlığının birinci tərəf üçün faydalı
olduğunun sübutunu biz İkinci Qarabağ müharibəsində gördük. Hərbi alyansın SNT layihəsi
çərçivəsində Azərbaycan Ordusunda aparılan islahatlar bizim müdafiə imkanlarımızı
genişləndirdi, silahlı qüvvələrimizi müasirləşdirdi, onun peşəkarlıq səviyyəsini artırdı. Bu faktı
qeyd etməmək mümkün deyil. Ötən 30 ildə Azərbaycan Şimali Atlantika Müqaviləsi
Təşkilatının fəal tərəfdaşı kimi qurumun strateji layihələrində yaxından iştirak edib. 
Bu barədə martın 17-də NATO-nun Baş katibi Yens Stoltenberqlə təkbətək görüşdən
sonra mətbuata bəyanatında Azərbaycan Prezidenti İlham Əliyev hərb-çilərimizn Kosovoda
və Əfqanıstanda sülhməramlı əməliyyatlarda yaxından iştirak etdiyini xüsusi vurğulayıb: “Bu,
bizim üçün böyük təcrübə olub. 2021-ciilin sonlarında Əfqanıstanı tərk edən sonuncu müttəfiq
qüvvələr bizim hərbi qulluqçularımız olublar. Bu isə bir daha əməkdaşlığımıza güclü
sadiqliyimizi nümayiş etdirir”. 
Daha sonra bəyanatında baş katiblə enerji təhlükəsizliyi məsələsini müzakirə etdiklərini
bildirən cənab Prezident bu gün Azərbaycanın Avropanın 8 ölkəsinə qaz nəql etdiyini və
onların 6-sının NATO üzvü, digər ikisinin isə hərbi blokun tərəfdaş ölkəsi olduğunu nəzərə
çatdırıb. Avropa Komissiyasının Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz
təchizatçısı adlandırdığını ayrıca qeyd edən İlham Əliyev bunun həm böyük üstünlük, həm də
ciddi məsuliyyət olduğunu bildirib.
Prezident İlham Əliyev NATO-nun baş katibini Azərbaycanın “yaşıl keçid” gündəliyi
barədə də məlumatlandırıb. COP29-a evsahibliyi edəcək ölkəmizin zəngin təbii ehtiyatlara,
qazıntı yanacağına malik olduğunu, tərəfdaşlarımızla birlikdə bərpaolunan enerji mənbələrinə
sərmayə yatırdığımızı diqqətə çatdıran dözlətimizin başçısı cənab Stoltenberqi bu ilin
noyabrında COP29-un qonağı qismində ölkəmizə səfərə dəvət edib.
NATO baş katibi Yens Stoltenberqin Bakıya səfərində Prezident İlham Əliyelə
görüşündən sonra səsləndirdiyi bir sıra mesajlar onu göstərir ki, Azərbaycanın bu hərbi blokla
əməkdaşlığı, ilk növbədə, qarşı tərəfin maraqlarına cavab verir. Bu əməkdaşlıq uzun illərdir
davam edir və Azərbaycan NATO-nun bir çox proqramlarında yaxından iştirak edib. Bizim
hərbçilərimizin sülhməramlı missiyaların tərkibində iştirakı baş katib tərəfindən çox yüksək
qiymətləndirildi. 
Azərbaycanın Şimali Atlantika Alyansı ilə əməkdaşlığı məhz bu formatda bundan sonra
da davam etdiriləcək. Eyni zamanda, biz bu hərbi blokun vacib üzvü sayılan qardaş Türkiyə
ilə strateji əməkdaşıq. Azərbaycan Silahlı Qüvvələrində NATO modeli yüksək səviyyədə tətbiq
olunur. Bunun özü də real faktdır. Yəni, biz bu əməkdaşlığı yüksək qiymtləndiririk, eyni
zamanda, NATO-nun Baş katibi buna böyük dəyər verərək ümid etdiyini bildirdi ki, belə
qarşılıqlı faydalı əməkdaşlıq yenə davam etdiriləcək. 
Azərbaycan bu hərbi blokun bütün tədbirlərində, missiyalarında, müxtəlif proqramlar
çərçivəsində keçirdiyi təlimlərdə mütləq iştirak edəcək. Bakıda aparılan danışıqlarda bu niyyət
kifayət qədər aydın şəkildə öz təsdiqini tapdı.
Tural Yaqubov,
Sabirabad RİHB aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin
aparıcı məsləhətçisi


12:26 19.03.2024