KANAL24.AZ
Az Iw En Ru

Türk dünyasının inkişafına Azərbaycan-Qazaxıstan münasibətlərinin töhfəsi

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri
həm də bu səbəbdən olduqca əhəmiyyətlidir və təsadüfi deyil ki, dost və qardaş ölkələrlə yanaşı,
bədxahlarımızın da xüsusi diqqət mərkəzindədir. Bu səfər çərçivəsində Azərbaycan və Qazaxıstan
dövlət başçılarının imzaladığı “Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali
Dövlətlərarası Şurasının 1-ci iclasının Qərarı”nın adından da göründüyü kimi, ölkələrimizin Liderləri
dövlətlərarası münasibətlərin strateji səviyyəsinin daha da dərinləşdirilməsi yolunda siyasi iradə
nümayiş etdirirlər. İstər rəsmi mərasimdə, istərsə də işçi qaydada imzalanmış Azərbaycan-Qazaxıstan
sənədləri göstərir ki, Liderlərin strateji seçimi tam mənada üst-üstə düşür, xalqlarımızın və
dövlətlərimizin ortaq maraqlarına xidmət edir. Verilən bəyanatlar onu da göstərdi ki, mürəkkəb
geosiyasi qarşıdurma şəraitində dövlət başçıları Türk dünyası çərçivəsində iqtisadi əlaqələrimizin
dərinləşməsinə xüsusi önəm verirlər. Prezident İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi fikir
bu mənada olduqca əhəmiyyətlidir: “Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti
gələcəkdə də möhkəmləndirməyin zəruri olmasına dair vahid fikrə gəldik . Çünki bu təşkilat yaxın,
dost, doğma ölkələri birləşdirir, həmçinin böyük potensiala, ən başlıcası inkişaf potensialına malikdir”.
Vurğulanıb ki, Qazaxıstan Prezidentinin ölkəmizə səfəri çərçivəsində Çinin Sian terminalından
Bakının Abşeron stansiyasına konteyner qatarının gəlişinə həsr olunmuş mərasim, əslində,
TransXəzər nəqliyyat dəhlizinin bütövlükdə Orta Dəhliz Avrasiya məkanı üçün indi daha çox cəlbedici
olduğunu nümayiş etdirdi. Fərqli coğrafiyalarda mövcud olan dəhlizlərdən bir qisminin təhdid edildiyi
bir şəraitdə 7 min kilometr uzunluğunda marşrutun çəmi 11 günə qət edilməsi, heç şübhəsiz ki, həm
Asiya, həm də Avropa məkanı üçün iqtisadi cəhətdən olduqca əlverişli və cəlbedicidir. Çində fəaliyyətə
başlamış Qazaxıstanın Nəqliyyat-Logistika Mərkəzi vasitəsilə bu marşrut üzrə ayda 10 konteyner
qatarının ölkəmizə çatdırılması nəzərdə tutulur. Beləliklə, Azərbaycan tranzit potensialını reallığa
çevirmək imkanını əldə edir, Şərq-Qərb dəhlizində strateji tərəfdaş statusunu daha da möhkəmləndirir.
Diqqətə çatdırılıb ki, Azərbaycan və Qazaxıstan Prezidentləri mətbuata bəyanatlarında
Ermənistan mövzusunu da unutmadılar. Prezident Kasım-Jomart Tokayevin cəmiyyətimiz üçün
olduqca həssas olan bu mövzu ilə bağlı səmimi açıqlamasını dinlədikdən sonra qeyri-ixtiyari
düşünürsən ki, kaş Ermənistana görə ölkəmizi hədəf seçənlərin yanaşmasında aşırı erməni sevdası
ilə yanaşı, bir az da ədalət hissi olaydı. Prezident Tokayev Azərbaycan Prezidentinə xitabən ölkəsinin
və qazax xalqının münasibətini bu cür ifadə etdi: “Azərbaycan Sizin rəhbərliyinizlə böyük tarixi Qələbə
əldə edib. Bu, dövlət suverenliyinin bərpa olunmasıdır. Qazaxıstan xalqı bununla bağlı böyük sevinc
hissi keçirib”. Prezident İlham Əliyev sülh gündəliyi ilə bağlı həm Ermənistana, həm də onun xüsusi
canfəşanlıq edən havadarlarına bu mesajı verdi: “Mən həmkarıma danışıqlar prosesinin hazırkı
mərhələsi, sülh sazişinin imzalanması perspektivləri haqqında məlumat verdim. Azərbaycan bu
məsələdə maraqlıdır və əslində, məhz Azərbaycan sülh sazişinə dair danışıqlar prosesinin əvvəlindən
təşəbbüskar olub”.
Əsassız bəyanatları və qərəzli qətnamələri ilə sülh gündəliyini bu gün də təhdid edən
Ermənistanın himayədarlarından fərqli olaraq, Azərbaycan Cənubi Qafqazda dinc birgəyaşayışın
bərqərar olunmasında, kommunikasiyaların açılmasında və iqtisadi əlaqələrin qurulmasında,
həqiqətən, maraqlıdır. Qarabağda və Şərqi Zəngəzurda aparılan irimiqyaslı bərpa-quruculuq işləri
bunun əyani sübutudur. Özü və qonşuları üçün dinc həyat, sülh və əmin-amanlıq istəməyən heç bir
ölkə bərpa-quruculuq işlərinə milyardlarla vəsait xərcləməzdi. Prezident Kasım-Jomart Tokayevin
təşəbbüsü ilə Füzuli şəhərində inşa olunmuş və martın 12-də dövlət başçılarının iştirakı ilə istifadəyə
verilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi həm də tarixi ədalətin bərpasına hörmət rəmzidir.
Çox inanmaq istərdim ki, bu cür addımların, qardaşlıq və dostluq töhfələrinin əhəmiyyəti Ermənistanda
ədalətə və sülhə çağırışın ekvivalenti kimi anlaşılacaq.
Elman Nuriyev,
Sabirabad rayonu, Kür və Araz çaylarında bəndlərin istismarı idarəsinin rəisi


22:47 13.03.2024